Bəxtiyar Hacıyev həbs olunan qohumundan danışdı: "O icra başçısı ilə..."
Tarix: 06-05-2020 16:38 | Bölmə: Siyasət
Bəxtiyar Hacıyev həbs olunan qohumundan danışdı: "O icra başçısı ilə..."

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev DTX tərəfindən həbs edildiyi deyilən İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevlə qohumluq münasibətləri haqda sosial şəbədə açıqlama verib.

Reyting.az-ın məlumatına görə, o, qohumu Vilyam Hacıyevlə münasibətlərinin çox soyuq olduğunu deyib:

“Hazırda saxlanıldığı deyilən İmişli icra başçısı V.Hacıyev qohumumdur. Maraqlananlar çox olduğuna görə, ümumi qısa reaksiya verim.

Onun üzünü ilk dəfə 2012-ci ildə, mən siyasi məhbus olanda, azadlığa buraxılmaq ərəfəsində dövlət qurumlarından birində qarşılaşanda görmüşəm".

İctimai fəal işsiz olmasına da diqqəti çəkib: "10 ildir ölkədəyəm, bir dövlət qurumunda bir xırda vəzifəyə də yaxın buraxmırlar. Hətta 2 seçkidə qələbəmi başqasına veriblər, birində karateisti buraxıblar Milli Məclisə, digərində prezidentin dairəsində Arpadaraiyə. Keçən il mənim CV-im ölkə başçısına da təqdim edilib ki, islahatlar prosesinə töhfəsi ola bilər. Ancaq müsbət rəy verilməyib.

Bu həbslər hakimiyyətin məmur özbaşınalığı ilə mübarizəsindən daha çox kadr siyasətini göstərir. Eyni zamanda, düşünürəm ki, bu hakimiyyətin daxilində şəxsi ədavət, qrup mübarizəsidir...".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}