Milli Məclisin iclasında Şuşanın işğalı yad edilib
Tarix: 08-05-2020 11:20 | Bölmə: Siyasət
Milli Məclisin iclasında Şuşanın işğalı yad edilib

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir.

Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin plenar iclasında deyib ki, bugünkü iclas həm kədərli, həm də əlamətdar hadisələr ərəfəsində keçirilir.

O xatırladıb ki, bu gün Şuşa şəhərinin işğal günüdür: “Biz əminik ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək”.

İclasda Şuşa şəhərində şəhid olan şəxslərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra əslən Şuşadan olan gənc Əsra Məmmədli çıxış edib.

Qeyd edək ki, iclasın gündəliyinə 18 məsələ daxil edilib.

İclasda “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında” və “Ətraf mühitə dair informasiya almaq haqqında” və s. qanunlara dəyişiklik layihələri müzakirə ediləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}