Elmar Məmmədyarov Lavrovla Qarabağla bağlı müzakirə aparıb
Tarix: 08-05-2020 21:36 | Bölmə: Siyasət
Elmar Məmmədyarov Lavrovla Qarabağla bağlı müzakirə aparıb

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı nazir E.Məmmədyarov Rusiyalı həmkarını 9 may Böyük Vətən müharibəsi qələbəsinin 75 illiyi münasibətilə təbrik edib və öz növbəsində S.Lavrov bu əlamətdar gün münasibətilə təbriklərini Azərbaycan Xarici İşlər nazirinə çatdırıb.

Tərəflər mövcud qlobal pandemiya ilə mübarizə çərçivəsində ölkələr tərəfindən həyata keçirilən tədbirlər və əməkdaşlıq məsələlərini, eləcə də ikitərəfli münasibətlər gündəliyinə daxil olan məsələləri müzakirə ediblər.

Nazirlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi üzrə fikir mübadiləsi aparıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}