14:28 / 10-09-2025
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
14:05 / 10-09-2025
İlham Əliyev Yaradıcılıq Evinin açılışında iştirak edib - Fotolar
13:58 / 10-09-2025
Əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub
13:19 / 10-09-2025
"Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" yeni qanun müzakirəyə çıxarılır
13:18 / 10-09-2025
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
12:59 / 10-09-2025
Azərbaycanda havadan su əldə ediləcək
12:48 / 10-09-2025
Zənginlərin ümumi sərvəti 6,6 trilyon dolları keçir - Siyahı
12:42 / 10-09-2025
Klub İlqar Nadiri ilə yollarını ayırıb
12:14 / 10-09-2025
Sabah hava yağışlı olacaq - Proqnoz
12:11 / 10-09-2025
Polşanın baş naziri: Müxtəlif ssenarilərə hazırlaşmalıyıq
12:04 / 10-09-2025
Almaniya yeni raket istehsalına hazırlaşır
12:03 / 10-09-2025
Güləş Federasiyasında yeni təyinat olub
11:48 / 10-09-2025
Tramp Rusiyanın Polşaya hücumu ilə bağlı suala cavab verməyib
11:47 / 10-09-2025
Füzuli və Xocavənddə yanğın törədənlər cərimələniblər
11:31 / 10-09-2025
Maliyyə Nazirliyi altı qurumda yoxlama aparır - Siyahı
11:25 / 10-09-2025
Polşa prezidenti: Komandanlıqla daima əlaqədəyəm
11:19 / 10-09-2025
İsrail “Fələstin 2” raketləri ilə vurulub
11:07 / 10-09-2025
Konqresmen: Rusiya NATO-ya hücum edib
11:03 / 10-09-2025
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
11:00 / 10-09-2025
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
11:00 / 10-09-2025
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
10:54 / 10-09-2025
Tramp Avropanı Rusiyaya sanksiyalar tətbiq etməyə çağırır
10:49 / 10-09-2025
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10:33 / 10-09-2025
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10:28 / 10-09-2025
Azərbaycan Ordusunda praktiki məşğələlər keçirilib - Video
10:24 / 10-09-2025
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10:19 / 10-09-2025
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
10:00 / 10-09-2025
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
09:31 / 10-09-2025
Güclü küləklə bağlı təhlükə xəbərdarlığı edilib
09:22 / 10-09-2025
Hikmət Hacıyev ABŞ-da senatorlarla görüşüb - Fotolar
09:10 / 09-09-2025

18:25 / 06-09-2025

18:42 / 05-09-2025

22:31 / 05-09-2025

18:05 / 07-09-2025

13:20 / 07-09-2025

22:21 / 05-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

00:57 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

Spiker deputat köməkçiləri ilə görüşdü - Müzakirə + Foto
Tarix: 15-05-2020 22:36 | Bölmə: Siyasət

Mayın 15-də Milli Məclisin plenar iclas zalında Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə seçki dairələrini təmsil edən deputatların köməkçiləri ilə görüş keçirilib.
Reyting.az MM-ə istinadla bildirir ki, görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Aparat rəhbərinin müavini Yaşar Əməşov, Milli Məclis Aparatında yeni yaradılmış İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Sədri iclası açaraq bildirdi ki, bugünkü görüşün məqsədi deputat köməkçiləri ilə qarşıda dayanan vəzifələr barədə fikir mübadiləsi aparmaqdır.
Spiker vurğulayıb ki, hazırda Azərbaycan öz inkişafının yeni mərhələsini yaşayır. 2018-ci ilin Prezident seçkilərindən sonra dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrini əhatə edən struktur və kadr islahatları geniş vüsət alıb. Ölkəmizin qanunvericilik orqanı da bu islahatlardan kənarda qala bilməzdi. Bu il fevralın 9-da keçirilən növbədənkənar seçkilər nəticəsində parlamentin yeni tərkibi formalaşıb və altıncı çağırış Milli Məclis fəaliyyətə başlayıb. Prezident İlham Əliyev Milli Məclisin birinci iclasında söylədiyi proqram xarakterli nitqində digər məsələlərlə yanaşı, qanunvericilik orqanı qarşısında dayanan vəzifələri də müəyyən edib. Bizim fəaliyyətimizin yol xəritəsi olan bu nitqində cənab İlham Əliyev dövlətin və cəmiyyətin parlamentdən gözləntilərini ifadə edib.
Bu gözləntilərin nədən ibarət olması barədə Spiker deyib ki, ilk növbədə, qanunvericilik fəaliyyəti təkmilləşdirilməli, yeni qanunların hazırlanması zamanı daha çox keyfiyyətə fikir verilməlidir. Qanunların qəbulu ilə yanaşı, onların icrasına nəzarət də gücləndirilməlidir.
Azərbaycan həqiqətlərinin, o cümlədən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düzgün məlumatların dünyaya çatdırılması üçün deputatlar beynəlxalq təşkilatlarda daha məqsədyönlü fəaliyyət göstərməlidirlər. Ən vacib vəzifələrdən biri isə budur ki, deputatlar seçildikləri dairələrdə fəal iş aparmalı, seçicilərlə daim təmasda olmalıdırlar. İnsanları narahat edən məsələlərin Milli Məclisdə, eləcə də digər dövlət orqanları qarşısında qaldırılması deputatlıq fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil etməlidir.
Sədr vurğulayıb ki, əlbəttə, deputatların vəzifələri bununla bitmir. Bu vəzifələrin uğurla yerinə yetirilməsində siz köməkçilərin üzərinə böyük məsuliyyət düşür. O, deputat köməkçilərinə müraciət edərək söylədi ki, siz öz fəaliyyətinizdə bu məqamı daim nəzərə almalısınız. Deputat köməkçisinin əsas vəzifələrindən biri deputatın fəaliyyətlərinin həyata keçirilməsinə təşkilati-texniki kömək göstərmək və onun tapşırığı ilə müxtəlif funksiyaları yerinə yetirməkdir. Yaxşı köməkçi deputatın səlahiyyət və vəzifələrinin nədən ibarət olduğunu dəqiq bilməli, müəyyən mənada deputatın həmfikiri olmalıdır.
Sahibə Qafarova çıxışında koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyətə də toxundu. Qeyd edib ki, pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər seçki dairələrində fəaliyyətə də təsir göstərib. İndi seçicilərlə təmaslar məsafədən həyata keçirilir. Bununla bağlı müxtəlif formalar tətbiq edilir, o cümlədən onlayn rejimdə görüşlər keçirilir. Siz seçicilərlə müntəzəm əlaqə saxlamalı, onların qayğı və problemlərini öyrənməli, dairənin ərazisində deputata bir növ bələdçilik etməyi bacarmalısınız. Əlbəttə, bu vəzifələri layiqincə yerinə yetirməyiniz üçün Milli Məclisin Aparatı sizə lazımi dəstək verəcək.
Sədr daha sonra söyləyib ki, onun sərəncamları əsasında Milli Məclisdə struktur və kadr islahatları aparılıb. Bu barədə mətbuatda geniş məlumat verilib. Bir sıra şöbələr ləğv edilib, yeni şöbələr yaradılıb, parlament Aparatının fəaliyyəti müasir tələblər səviyyəsində qurulubdur. Yeni yaradılan şöbələrdən biri İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsidir. Bu şöbənin fəaliyyətinin əsas istiqaməti qanunvericilik hakimiyyəti ilə icra hakimiyyəti arasında birgə fəaliyyəti və sıx əməkdaşlığı təşkil etməkdir. Ümumi işin səmərəsini artırmaq və vətəndaş məmnunluğunu təmin etmək üçün siz yeni şöbə ilə iş birliyi şəraitində çalışmalısınız.
Çıxışının sonunda Sədr deputat köməkçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq deyib: “Ümid edirəm ki, siz üzərinizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək, göstərilən yüksək etimadı doğrultmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Əminəm ki, məhz bu yolla siz Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi məqsədilə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin ardıcıl davam etdirdiyi siyasi kursun uğurlarına parlamentin töhfəsinin artırılmasında yaxından iştirak etmiş olacaqsınız”.
Görüşdə çıxış edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, ölkəmizdə aparılan islahatlar həyatın bütün sahələrini əhatə edir. Bildiyiniz kimi, hər bir parlamentin 4 əsas funksiyanı var: qanunvericilik, nəzarət, beynəlxalq əlaqələr və ən vacib funksiyalardan biri təmsilçilik funksiyası. Bu, o deməkdir ki, Milli Məclis bütün Azərbaycan əhalisindən seçilmiş nümayəndələri özündə birləşdirir. Milli Məclisin deputatları hərəsi bir seçki dairəsinin tam səlahiyyətli nümayəndəsidir. Təmsilçilik funksiyasının həyata keçirilməsində isə deputat köməkçilərinin üzərinə böyük vəzifələr düşür. Müasir tələblərə görə deputat köməkçisi deputatın tapşırıqlarını yerinə yetirməklə yanaşı, Milli Məclis Aparatının müvafiq şöbələri ilə daimi əlaqədə olmalı, görülən işlər barədə hesabatları vaxtında təqdim etməlidir.
Səfa Mirzəyev diqqətə çatdırıb ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın bildirdiyi kimi, Prezident İlham Əliyevin bu il martın 10-da VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı parlamentin qarşısına qoyduğu vəzifələri yerinə yetirmək üçün biz öz işimizi yenidən qurmalı və əlimizdən gələni əsirgəməməliyik.
Sonra görüş Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşovun sədrliyi ilə davam etdirilib. Yaşar Əməşov deputat köməkçilərinə bu vəzifəyə təyin olunmaları münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, parlament tarixində ilk dəfədir Milli Məclisin plenar iclas zalında deputat köməkçiləri ilə görüş keçirilir. Milli Məclis Aparatında yeni yaradılmış İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsi köməkçilərlə sıx işləyəcək.
Görüşdə çıxış edən Milli Məclis Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri Rüstəm Mahmudov və Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri Elşad İsmayılov deputat köməkçilərinin qarşısında dayanan vəzifələrdən danışdılar, onlara öz tövsiyələrini veriblər.
Tədbirdə VI çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin çıxışı zamanı parlamentə verdiyi tövsiyələrə uyğun Milli Məclisdə görülən işlər, aparatda aparılmış struktur və kadr islahatları, xüsusilə yeni çağırışlara uyğun deputat köməkçilərinə verilən tapşırıqlar barədə müzakirələr aparılıb, fikirlər dinlənilib.
Görüşün sonunda deputat köməkçilərini maraqlandıran suallara aydınlıq gətirilib.
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
Bu gün, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
Dünən, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
Dünən, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
Dünən, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
Dünən, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
4-09-2025, 15:51
XİN Sudan hökumətinə başsağlığı verib
4-09-2025, 12:15
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
4-09-2025, 10:19
Məhkəmə deputatın şikayətini rədd edib
4-09-2025, 07:54
Putin: Kiyev sülhə gəlməsə, Rusiya vəzifəsini silahla həll edəcək
4-09-2025, 07:48
Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlanıb
3-09-2025, 17:04
Siyasətçilər deportasiyaya görə Kanadadan kömək istəyirlər
3-09-2025, 16:53
İlham Rəhimova sanksiya tətbiq olunub
3-09-2025, 12:59
Paşinyan deputatlara Rusiya mövzusunda danışmamağı tapşırıb
3-09-2025, 12:29
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub
3-09-2025, 07:50
Fidan və Əl-Sani Fələstini müzakirə ediblər
2-09-2025, 15:25
Ərdoğan: "Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem yoxdur"
2-09-2025, 14:23
Milli Məclis bəyanat yayıb
2-09-2025, 13:35
Kremlin məxfi planı üzə çıxıb - Foto
2-09-2025, 12:30
Hərbi təyyarə istehsalı gərginliyə səbəb olub
2-09-2025, 07:46
Vaşinqtonun qlobal liderliyə iddiası saxtadır
1-09-2025, 19:47
Qaya Məmmədov: Minsk Prosesinin bağlanması ilə uğursuz bir diplomatik yanaşma sona çatıb
1-09-2025, 18:52
Həbs edilən Şahin Şıxlinskinin yerinə seçki keçirilib
1-09-2025, 15:56
Bakıda məhkəmə: Levon Mnatsakanyanın ifadələri elan olunub
1-09-2025, 12:08
Bakıda ermənilərin cinayət işi üzrə məhkəmə davam edir
1-09-2025, 10:17
Fransanın Bakıdakı keçmiş səfiri ölkəni tərk edib: "Vaxt nə tez gəlib keçir" - Foto
1-09-2025, 10:09
Ruslar 6 ay ərzində 130 yaşayış məntəqəsini işğal edib