Azərbaycan diplomatik nümayəndəliklərinin mühafizəsini gücləndirib
Tarix: 15-07-2020 16:21 | Bölmə: Siyasət
Azərbaycan diplomatik nümayəndəliklərinin mühafizəsini gücləndirib

“Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin radikal erməni təşkilatlarının təhdidlərinə qarşı ehtiyatlı olmaları məqsədilə tərəfimizdən səfirlik və konsulluqlarımıza təlimat verilib”.

Bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycanın Fransadakı Səfirliyinin binasına qarşı törədilən vandalizm aktı ilə bağlı məlumatda bildirilib.

Qeyd olunub ki, Vyana Konvensiyası əsasında diplomatik nümayəndəliklərimizin mühafizəsinin gücləndirilməsi ilə əlaqədar aidiyyəti üzrə xarici ölkələrə tərəfimizdən müraciət göndərilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}