11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Deputat: “Bunu uzun müddət gizlədə bilməyəcəklər”
Tarix: 15-07-2020 17:58 | Bölmə: Siyasət
Deputat: “Bunu uzun müddət gizlədə bilməyəcəklər”

“Azərbaycan Silahlı Qüvvələri düşmən təxribatlarının qarşısını aldı, düşmənə layiqli cavab verdi. Hesab edirəm ki, bu istiqamətdə Ermənistan tərəfinin istənilən təxribatına layiqli cavab veriləcək”.

Bu fikirləri Reyting.az-a DİP sədri, Milli Məclisin deputatı Asim Mollazadə Ermənistan ordusunun Tovuz rayonuna hücumundan sonra yaranan vəziyyəti qiymətləndirərkən deyib.

Millət vəkili bildirib ki, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verib və hər zaman da verməyə hazırdır:
“Azərbaycan Silahlı Qüvvələri dövlətin və xalqın böyük dəstəyinə arxalanır. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onlar öz canlarını vətənin müdafiəsinə qurban veriblər. Xalqımız hər zaman onların xatirəsini ehtiramla yad edəcək”.

Asim Mollazadə Tovuz döyüşlərində Azərbaycan ordusunun Ermənistan ordusu ilə müqayisədə daha çox itkilər verməsi haqda səsləndirilən fikirlərə də toxunub:

“Əslində bəllidir ki, ənənəvi olaraq Ermənistan tərəfi belə situasiyalarda yalan danışır, itkilərini gizlədir. Amma bunu uzun müddət gizlədə bilməyəcəklər. Hər şey aşkar olunacaq. Və real vəziyyət haqqında məlumatı Ermənistan əhalisi də öyrənəcək. Əslində onlar bu məlumatları artıq yaymağa başlayırlar. Yaxın müddətdə hər şey aşkara çıxacaq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}