16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Türkiyənin Müdafiə naziri: “Ermənistan törətdiyi təxribatın cavabını mütləq verəcək”
Tarix: 16-07-2020 16:12 | Bölmə: Siyasət
Türkiyənin Müdafiə naziri: “Ermənistan törətdiyi təxribatın cavabını mütləq verəcək”

Azərbaycanın Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Türkiyəyə səfər edib.

Məlumata görə, o, Türkiyənin Müdafiə naziri Hulusi Akarla görüşüb.

Akar görüşdə deyib ki, Ermənistan Azərbaycanla sərhəddə, Tovuz ərazisində törətdiyi təxribatını cavabını mütləq verəcək.

Nazir qeyd edib ki, Ermənistan törətdiyi təxribatla həddini aşıb.

“Tovuza edilən hücumlarla bağlı hansı addımın atılması lazımdırsa, onu edəcəyik. Azərbaycanın ağrıları, bizim ağrılarımızdır. Orada yaşanan hər bir sıxıntı bura da öz təsirini göstərir. Bunu hamınızın bilməsini istərdim. Dağlıq Qarabağın işğalını, bu qanunsuzluğu qəbul etməyimizin mümkün olmadığını bildirmişik. Bir millət, iki dövlətik, dilimiz, dinimiz, tariximiz, anlayışımız birdir. Biz Türkiyə dövləti və Türkiyə Silahlı Qüvvələri olaraq nə etməyimiz lazımdırsa, bu günə qədər necə dəstək vermişiksə, yenə də buna davam edəcəyik”, - deyə nazir vurğulayıb/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}