Ermənilər Tovuz istiqamətində 100-ə yaxın itki verib
Tarix: 17-07-2020 10:16 | Bölmə: Siyasət
Ermənilər Tovuz istiqamətində 100-ə yaxın itki verib

“Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq yüzə yaxın hərbi qulluqçusunu itirib”.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, həmişə olduğu kimi Ermənistan öz hərbi itkilərini ictimaiyyətindən gizlətməyə səylə çalışır: "Ancaq bir müddət sonra həqiqət üzə çıxacaq və onlar itkiləri etiraf etmək məcburiyyətində qalacaqlar.

Buna görə də Azərbaycan kütləvi informasiya vasitələrini Ermənistan mətbuatı tərəfindən yayılan yalan məlumatları tirajlamamağa və düşmənin dezinformasiyalarını ifşa etməyə çağırırıq".

Nazirliyin məlumatında qeyd olunur ki, kütləvi informasiya vasitələrimizdə Ermənistanın İstintaq Komitəsinə istinadla son döyüşlərdə erməni tərəfinin 4 nəfər hərbi qulluqçusunu ölü və 36 nəfərini isə yaralı olaraq itirməsi barədə məlumat yayılıb: “Bu, tamamilə yalandır və reallığı əks etdirmir".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}