Ukraynadan Azərbaycana açıq dəstək: "Ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir, işğalını qəti şəkildə pisləyirik”
Tarix: 17-07-2020 14:45 | Bölmə: Siyasət
Ukraynadan Azərbaycana açıq dəstək:  "Ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir, işğalını qəti şəkildə pisləyirik”

“Ukrayna ancaq beynəlxalq hüququn tələblərinə, ölkələrin suverenliyi prinsiplərinə və ədalətə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir, onun pozulmasını və işğalını qəti şəkildə pislyir”.

Bunu Ukrayna Ali Radasının (parlament) Sədrinin I müavini Ruslan Stefançuk deyib.

Azərbaycanın Ermənistanla sərhəddə Tovuz rayonu istiqamətində erməni silahlları tərəfindən üzləşdiyi hərbi təxribatı pisləyən I vitse-spiker qeyd edib ki, ölkələrin suverenliyi və ərazi bütövlüyü müqəddəs amildir və toxunulmazdır:

“Azərbaycan illərdir suverenliyinin pozulması ilə bağlı problemdən əziyyət çəkir, ərazisi işğal altdadır. Hesab edirəm ən azı beynəlxalq hüquqa ehtiram xatirinə bu işğala son qoymaq lazımdır”.

R. Stefançuk bildirib ki, Ukrayna da eyni problemi yaşayır, illərdir suverenliyinə qarşı açıq təcavüzlə üz üzədir:

“Biz Azərbaycanın problemini buna görə çox gözəl hiss edirik”.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}