Partiya sədri əsgər getmək istəyir - Müdafiə Nazirliyi Əvəz Temirxanın müraciətini qəbul edib
Tarix: 18-07-2020 11:17 | Bölmə: Siyasət
Partiya sədri əsgər getmək istəyir - Müdafiə Nazirliyi Əvəz Temirxanın müraciətini qəbul edib

Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlıları hücuma cəhd etdikdən və yaşayış məntəqələrimizi artilleriya atəşinə tutduqdan sonra Azərbaycan Ordusunda könüllü xidmət etmək istəyənlərin sayı artıb. Çoxsaylı gənclərlə yanaşı müxtəlif yaş kateqoriyasının təmsilçiləri də artıq bununla bağlı həm Azərbaycanın Müdafiə Nazirliyinə, həm də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək ordu sıralarına cəlb olunmalarını xahiş edirlər.

Reyting.az
xəbər verir ki, Azərbaycan Ordusunda könüllü xidmət etmək istəyənlərin sırasında siyasilər də var. Belə şəxslərdən biri də Azərbaycan Liberal Partiyanın (ALP) sədri Əvəz Temirxandır.

ALP-nin Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, Ə. Temirxan ordu sıralarına cəlb olunması üçün Azərbaycanın Müdafiə nazirinə elektron müraciət ünvanlayıb.

ALP sədri Müdafiə nazirindən xahiş edib ki, cəbhə bölgəsində hərbi vəziyyətin gərginləşməsi ilə əlaqədar onu, Milli Ordumuzun sıralarına daxil etsin.

Ali təhsilli hüquqşünas olan Ə. Temirxan nazirə müraciətində hərbi ixtisasca silah üzrə kiçik aviasiya mütəxəssisi olduğunu da yazıb.

Ə. Temirxanın müraciətinin Müdafiə Nazirliyi tərəfindən qəbul olunduğu bildirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}