09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
ABŞ səfiri: “Azərbaycan-Ermənistan münaqişəsi dialoqla həll olunmalıdır”
Tarix: 21-07-2020 17:48 | Bölmə: Siyasət
ABŞ səfiri: “Azərbaycan-Ermənistan münaqişəsi dialoqla həll olunmalıdır”

“Azərbaycan-Ermənistan münaqişəsi təhlükəlidir və dialoq yolu ilə həll olunmalıdır”.

Bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan mətbuatının Ermənistana silah-sursatın Gürcüstan üzərindən çatdırılmasına dair məlumatlarına münasibət bildirən səfir Gürcüstan XİN-nin bu barədə bəyanat verdiyini xatırladıb: “ABŞ-ın bu məsələ ilə bağlı mövqeyinə gəlincə, biz Azərbaycan- Ermənistan sərhədindəki vəziyyətdən həqiqətən də narahatıq”.

K.Deqnan qeyd edib ki, münaqişənin həlli üzrə mexanizmlər mövcuddur və onlardan mümkün olduğu qədər istifadə etmək lazımdır: “Qarşıdurma nəticəsində artıq qurbanlar var və bu, çox faciəvidir. Vəziyyət belə davam etməməlidir”.

Report




Bölməyə aid digər xəbərlər