11:18 / 10-01-2025
Xaçmazda iki nəfər tutulub
Ümid Partiyası Bakıda saxlanılan yürüş iştirakçılarına azadlıq tələb edir - Bəyanat
Tarix: 21-07-2020 23:48 | Bölmə: Siyasət
Ümid Partiyası Bakıda saxlanılan yürüş iştirakçılarına azadlıq tələb edir

“14 iyulda Qarabağa dəstək yürüşünün sonunda baş verən hadisələrin heç də ürəkaçan olmadığı qənaətindəyik.

Lakin hesab edirik ki, baş verən hadisələri dramatikləşdirmək, olaylarda dövlət çevrilişi və ya hakimiyyəti zəbt etmək elementləri axtarmaq nə yürüşün fəlsəfəsi, nə də iştirakçıların hərəkətləri ilə adekvat deyil”.

Reyting.az
xəbər verir ki, bu, Azərbaycan Ümid Partiyasının Bakı şəhərində Azərbaycan Ordusuna dəstək yürüşünün sonunda baş verənlərlə bağlı bəyanatında qeyd olunub.

Partiya bəyan edir ki, iqtidar baş verən qanunsuzluqlara görə müxalifət partiyalarının üzvlərini ittiham etməklə cəmiyyətdə qarşıdurma mühitini dərinləşdirir. Xüsusilə, AXCP üzvlərinin həbsi və ittiham edilməsi ciddi narahatlıq yaradır.

Ümid Partiyası hakimiyyət nümayəndələrinə və hüquq-mühafizə orqanlarına səslənib:

“Həbs olunanlar dərhal azadlığa buraxılsın, cinayət təqibi dayandırılsın. Qarabağ yürüşünə çıxan insanların emosiya və hissləri torpaqlarımızın işğaldan azad olunması istiqamətində istifadə olunsun. Təxribat elementləri ilə bu müqəddəs hisslərə ləkə vurulmasına imkan verilməsin. Düşmənə bu kimi hallardan istifadə etmək üçün fürsət verilməsin, beynəlxalq təzyiqlər üçün şərait yaradılmasın.

Ən başlıcası, siyasi mövqeyindən asılı olmayaraq heç bir vətəndaşımız Qarabağ sevgisi və istəyinə görə, hətta emosional davranıbsa belə, cəzalandırılmasın, rəqibləri sıradan çıxartmaq üçün fürsət axtarılmasın”.

Partiya bəyanatının sonunda hamını Azərbaycan adına milli birliyə səsləyib, hakimiyyətdən həbs olunanların azadlığa buraxılmasını və onlara qarşı cinayət təqibinin dayandırılmasını xahiş və tələb edib.




Bölməyə aid digər xəbərlər