11:18 / 10-01-2025
Xaçmazda iki nəfər tutulub
XİN: "ABŞ Dövlət Departamenti kimə və nəyə görə narahatdır, bunu başa düşə bilmirik"
Tarix: 22-07-2020 17:41 | Bölmə: Siyasət
XİN: "ABŞ Dövlət Departamenti kimə və nəyə görə narahatdır, bunu başa düşə bilmirik"

2020-ci il iyulun 20-də ABŞ Dövlət Departamenti “ABŞ-ın COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə demokratiya, yaxşı idarəetmə və insan hüquqlarına dəstəyi” adlı informasiya bülleteni dərc edib və burada Azərbaycana da istinad edilib.

Belə ki, Dövlət Departamenti Azərbaycan hakimiyyətini COVID-19-a qarşı görülən tədbirlərin vətəndaş cəmiyyəti təbliğatını, müxalif səsləri və ya ictimai müzakirələri susdurmaq üçün istifadə edilməməsini təmin etməyə çağırıb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Reyting.az-a bildirib ki, Corc Floydun ölümündən sonra hazırda bütün dünya ictimaiyyəti ABŞ-ı bürüyən iğtişaşlar səbəbindən bu ölkədəki vəziyyətə görə narahatdır: "Belə bir şəraitdə ABŞ Dövlət Departamenti kimə və nəyə görə narahatdır, bunu başa düşə bilmirik".




Bölməyə aid digər xəbərlər