11:18 / 10-01-2025
Xaçmazda iki nəfər tutulub
Ağdamın işğalından 27 il ötür
Tarix: 23-07-2020 01:06 | Bölmə: Siyasət
Ağdamın işğalından 27 il ötür

Bu gün Azərbaycanın dilbər guşəsi Ağdam rayonunun işğal edildiyi gündür.

Reyting.az
xatırladır ki, 1993-cü ilin iyul ayının 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4 faizi, bir şəhər və 80 kəndi ermənilərin işğal edilib. Həmin tarixə qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü hazırda işğal altındadır.

Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.

Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 mini məcburi köçkünə çevrilib.

Hazırda Ağdamın 204 000-dən çox əhalisi var. Onlardan 160 000-ə yaxını məcburi köçkündür.




Bölməyə aid digər xəbərlər