Rusiya XİN: "Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq"
Tarix: 27-11-2020 15:24 | Bölmə: Siyasət
Rusiya XİN: "Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq"

Rusiya Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdadır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyə ilə əməkdaşlığımız müxtəlif istiqamətlərdə aparılır. Bu, həm siyasi-diplomatik təmaslar, həm də hərbçilərimiz aralarında olan təmaslardır. Sözsüz ki, əməkdaşlığın istiqamət vektoru dövlət başçılarımız tərəfindən verilir, hansılar ki, regiondakı vəziyyəti müntəzəm olaraq müzakirə edirlər”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}