Kral ailəsinin təhqir edilməsinə görə 43 il həbs
Tarix: 19-01-2021 21:26 | Bölmə: Siyasət
Kral ailəsinin təhqir edilməsinə görə 43 il həbs

Kral ailəsini təhqir etdiyinə görə ən ağır cəza olan bir taylandlı qadın 43 il həbs cəzasına məhkum edilib.

Reyting.az
"Sinxua" agentliyinə istinadla xəbər verir ki, adı vəkillərinin istəyi ilə açıqlanmayan qadına Cinayət Məcəlləsinin 29 maddəsi üzrə ümumilikdə 87 il həbs cəzası verilib. Lakin vəkilləri cəzanı yarıya qədər endirib.

2015-ci ildə həbs olunan taylandlı başlanğıcda 3 il həbsdə yatıb və sonra girov müqabilində sərbəst buraxılıb. Kral ailəsini təhqir və ya təhdid etmədən qorumaq üçün hazırlanmış Cinayət Məcəlləsinin 112-ci maddəsi ilə hələləlik bu ən yüksək cəzadır.




Bölməyə aid digər xəbərlər