07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Zaxarova Kəlbəcərdə həlak olan jurnalistlərdən danışıb
Tarix: 10-06-2021 19:14 | Bölmə: Siyasət
Zaxarova Kəlbəcərdə həlak olan jurnalistlərdən danışıb

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova bugünkü həftəlik brifinqində Kəlbəcərdə həlak olan azərbaycanlı jurnalistlərdən də danışıb.

Reyting.az
-ın məlumatına görə, Zaxarova bildirib ki, Rusiya Kəlbəcər rayonunda baş vermiş faciəyə ən birinci münasibət bildirənlərdən ölkələrdən biridir: "Rusiyanın Bakıdakı səfirliyi mina partlaması nəticəsində həlak olmuş jurnalistlərin doğmalarına, yaxınlarına başsağlığı verib. Biz Bakı ilə, Yerevan ilə mütəmadi təmasdayıq. Tərəfləri minalardan təmizləmə məsələsini yoluna qoymağa, o cümlədən minalanmış ərazilərin xəritələrini təhvil verməyə çağırırıq. Bu işlərin sürətləndiriləcəyinə ümidvarıq. Bütün humanitar məsələlərin Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 10 noyabr və 11 yanvar tarixli birgə bəyanatlarına tam uyğun şəkildə həll olunmasına tərəfdarıq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}