23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Jirinovski Azərbaycanı rus əsgərləri ilə təhdid edir
Tarix: 01-08-2021 10:55 | Bölmə: Siyasət
Jirinovski Azərbaycanı rus əsgərləri ilə təhdid edir

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yenə sərsəm çıxışı ilə gündəmə gəlib. Siyasi təlxək kimi tanınan Jirinovski çıxışında Cənubi Qafqazın uzun müddət Rusiyanın nüfuz dairəsində olduğu üçün onun iradəsi ilə hər kəsin hesablaşmalı olduğunu bildirib. Eyni zamanda Azərbaycan hakimiyyətini rus əsgərləri ilə təhdid edib.

Milli Məclisin üzvü Vüqar Bayramovun sözlərinə görə, artıq neçənci dəfədir ki, sərsəm-faşist ritorikasına üstünlük verən Jirinovski ölkəmizə qarşı bu şəkildə hədyan dolu çıxışlar edir. Amma bu, sərsəm ritorikadan başqa heç nə deyil.

V. Bayramov daha sonra qeyd edib:

“Aydındır ki, Jirnovskinin sayıqlamaları Rusiyanin rəsmi mövqeyi kimi qəbul edilə bilməz və son illər iki dövlət arasında münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin genişlənməsi müşahidə olunur.

Ancaq bu siyasi təlxək anlamalıdır ki, sayıqlamaları Azərbaycanın haqq işinə xələl gətirə bilməz. Azərbaycan müstəqilliyinə təhdid ola biləcək hər addımı dəf etmək gücündədir və güclü xalq-iqtidar birliyi də mövcuddur ki, bu birliyin sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu uzun müddət işğal altında qalan torpaqlarımızı şəhidlərimizin qanı bahasına azad edərək ərazi bütövlüyümüzü bərpa edib.

Ermənilərin havadarları anlamalıdırlar ki, güclü Azərbaycan Ordusu bu Zəfəri hər zaman qorumaq iqtidarına malikdir və şanlı ordumuzun qəhrəmanlığı ilə torpaqlarımızı işğaldan azad edən "Dəmir Yumruq" yenə yerindədir, hər an torpaqlarımıza göz dikənləri başına endirilə bilər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}