14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Partiya 60-a yaxın beynəlxalq təşkilata müraciət ünvanlayıb
Tarix: 27-09-2021 16:13 | Bölmə: Siyasət
Partiya 60-a yaxın beynəlxalq təşkilata müraciət ünvanlayıb

Müstəqil Xalq Partiyası 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanat verib.

Reyting.az
-ın məlumatına görə, partiya sədri Əflan İbrahimovun imzaladığı bəyanatda deyilir ki, 44 günlük müharibə zamanı qazanılmış Böyük Zəfər Azərbaycanı regionda və ətraf ölkələrdə əsas söz sahiblərindən birinə çevirib:

“Beynəlxalq təşkilatların və fövqəldövlətlərin 30 ildir edə bilmədiyini Azərbaycan xalqı cəmi iki ay ərzində yerinə yetirdi. Ordumuz Minsk Qrupu kimi üzərinə düşən vəzifəni yerinə yetirə bilmək iqtidarında olmayan qurumu tarixin arxivinə atdı”.

Bəyanatda qeyd olunur ki, Ermənistan-Azərbaycan münaqişəsi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin birgə bəyanatı imzalaması ilə başa çatıb: “Amma Ermənistanın kapitulyanı imzalamasına baxmayaraq Minsk Qrupuna daxil olan ölkələr bununla barışmaq istəmir, yenidən statusdan dəm vurur, xoşagəlməz bəyanatlar verirlər.

Bu gün Dağlıq Qarabağ adlanan ərazi subyekti, münaqişə və digər bu kimi məsələlər gündəmdə deyil. Ölkə Prezidentinin sərəncamı ilə artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları da yaradılıb. İndi əsas diqqət yekun sülh müqaviləsinin imzalanması, sərhədlərin demarkasiya və delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin imzalanması və regionda əməkdaşlıq mühitini formalaşdırmaqla onun inkişafına təkan verməkdir”.

60-a yaxın beynəlxalq təşkilata ünvanlanan bəyanatda bildirilir ki, 44 gün ərzində Azərbaycan Ordusu tərəfindən azad edilmiş çoxsaylı yaşayış məntəqəsi erməni vandalları tərəfindən tamamilə dagıdılıb: “Şəhər və kəndlər yenidən tikilməli, kommunikasiyalar bərpa olunmalı və bütün ərazilər Ermənistan ordusunun basdırdığı minalardan təmizlənməlidir. Ədalətin bərqərar olunmasında və ədalətli sülhün təmin olunmasında bütün dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycana öz dəstəyini nümayiş etdirməlidir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}