18:55 / 19-05-2022
Xalq artisti vəfat edib - Foto
Ceyhun Bayramov İrana səfər edəcək
Tarix: 14-05-2022 15:52 | Bölmə: Siyasət
Ceyhun Bayramov İrana səfər edəcək

Xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

Reyting.az
XİN-ə istinadla bildirir ki, nazirlər ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafını məmnunluqla qeyd ediblər.

İki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı üzrə fikir mübadiləsi aparılıb.

İran-Azərbaycan iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti və bu çərçivədə əldə olunan razılıqların icrası təqdir edilib.

Tərəflər, qarşılıqlı səfərlərin əlaqələrin inkişafına müsbət təkan verdiyini qeyd ediblər. Nazir Ceyhun Bayramov həmkarının İran İslam Respublikasına səfər dəvətini məmnunluqla qəbul edib və səfərin yaxın zamanlarda həyata keçiriləcəyini bildirib.

Tərəflər, həmçinin regional vəziyyət və beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}