Sahil Babayev nazirlikdə kadr dəyişikliyi edib - Təyinat
Tarix: 27-09-2018 14:25 | Bölmə: Slayd
Sahil Babayev nazirlikdə kadr dəyişikliyi edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Məmməd Xasıyevə nazirlikdə vəzifə verib.

S.Babayevin müvafiq əmri ilə Məmməd Xasıyev Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin sektor müdiri vəzifəsinə təyin edilib.

Sözügedən xəbəri Unikal.org-a Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin mətbuat katibi Fazil Talıblı təsdiqləyib.

Qeyd edək ki, M. Xasıyev bundan əvvəl Ekspertiza və Reablitasiya Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər