Ağdərə və Ağdama növbəti köç karvanı gedib
Tarix: 24-06-2025 11:56 | Bölmə: Slayd
Ağdərə və Ağdama növbəti köç karvanı gedib

Ağdərə və Ağdam rayonlarına növbəti köç karvanı yola salınıb.

Reyting.az
-ın xəbərinə görə, karvan Həsənriz və Sarıcalı kəndlərinə gedib.

Bu ərazilərə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə 40 ailə (146 nəfər) Həsənrizə, 1 ailə (4 nəfər) isə Sarıcalıya köçürülür.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.




Bölməyə aid digər xəbərlər