09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Kiprdə terror cəhdi - İcraçı İran azərbaycanlısıdır
Tarix: 30-06-2023 15:50 | Bölmə: Slayd
Kiprdə terror cəhdi - İcraçı İran azərbaycanlısıdır

İsrailin “Mossad” kəşfiyyat agentliyi elan edib ki, xüsusi əməliyyatla İsrailin Kiprdəki hədəflərinə qarşı planlaşdırılan terror hücumuna rəhbərlik etmək üçün göndərilən iranlı terrorçu yaxalanıb.

Reyting.az
xəbər verir ki, bu barədə “The Israel Times” yazıb.

İsrail nəşrinin təhlilində qeyd olunur:

“Mossad” həmin şəxsin adını Yusif Şahbazi Abbasəlilu olduğunu bildirib və onun agentlər tərəfindən dindirilməsinin videosunu yayımlayıb.

O, sui-qəsdi etiraf edib və bu barədə təfərrüatları açıqlayıb. Abbasəliluya hücum üçün İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək vəzifəli şəxsləri tərəfindən silahlar və onun icrası ilə bağlı təlimatlar verilib.

Casusluq agentliyi bildirib ki, plan kiçik ada dövlətindəki israilli iş adamlarını hədəfə almaq olub.

Dindirilmə zamanı Abbasəlilu sui-qəsd hədəfinin ardınca getdiyini və onu öldürmək üçün fürsət gözlədiyini, lakin polisin sui-qəsdi ifşa etməsi ilə terrordan əl çəkdiyini və o, axtarılarkən İrana qaçmağa məcbur olduğunu söyləyib.

“Mossad” bildirib ki, Abbasəliludan əldə edilən məlumat Kipr təhlükəsizlik qüvvələri tərəfindən terrorun icrasız hissəsinin ifşasına səbəb olub.

Terroru hazırlayanlar arasında iranlılar, pakistanlılar və yerli sakinlər olub.

Abbasəlilu sifarişçinin adını Qvardiyanın Xarici Kəşfiyyat Şöbəsinin tanınmış və yüksək səviyyəli xadimi Həsən Şüştərizadə olduğunu deyib.



Videoda Abbasəlilu iddia edir ki, Şuştərizadə ona bildirib:

“Mənimlə Kiprdə nə etməyi planlaşdırdığını müzakirə etdi. Mənə dedi ki, sən Şimali Kiprə girməlisən, orada müəyyən adamlarımız var ki, səni oradan Cənubi Kiprə göndərə bilər”.

“O, mənə dedi: “Mən pakistanlılara və onların qrupuna güvənirəm, onlar mənim üçün çox vacib fəaliyyət göstərdilər.

Cavab verdim: “Mümkündürsə, bu tapşırığı dərhal yerinə yetirərəm”.

O cavab verdi: “Gözləyin, hələ ki, bu mümkün deyil, çünki sizi polislər axtarır”.

Abbasəlilu aldığı silahı bir kolun altına basdırdığını iddia edib. "Hədəfin adını SEPAH Kəşfiyyat Təşkilatı ilə “WhatsApp” interfeysi ilə aldım. Mən cənab Şuştərizadədən foto və onun yaşadığı evə gedən GPS marşrutunu əldə etdim”.

Abbasəlilu daha sonra hədəfini uzaqdan izləməyə, fotoşəkillər çəkməyə və başqa bir şəkildə sui-qəsdə hazırlaşmağa başlayıb.

"Mənim planım o idi ki, adamın hara getdiyini biləndən sonra sakit və boş bir yolda onu silahla öldürüm".

Lakin onun idarəçiləri “polislərin arxamca gəldiyini bildilər və mənə silahı gizlətməyi, bütün avadanlıqları götürüb İrana qayıtmağı əmr etdilər”.

Dindirildikdən sonra Abbasəlilu ilə bağlı nə olduğu dərhal məlum deyil.

Son illər İranın Kipr, Türkiyə, Gürcüstan və Yunanıstanda israilliləri öldürmək cəhdlərinin qarşısı alınıb. “Mossad” öz bəyanatında "dünyadakı yəhudilərə və israillilərə zərərin qarşısını almaq üçün qətiyyətlə hərəkət etməyə davam edəcəyini" söyləyib.

“Channel 12” bildirib ki, Kipr planının hədəfləri arasında israilli daşınmaz əmlak biznesmeni və Çabad Evi, həmçinin israilli turistlərin tez-tez gəldiyi otellər və əyləncə yerləri var. Bu məlumatı “Mossad” təsdiqləməyib.

Şəbəkə həmçinin bildirib ki, son günlər Yunanıstan kəşfiyyat xidmətləri ölkədə hücumlar həyata keçirmək üçün İran tərəfindən cəlb edilmiş 7 Pakistan vətəndaşını həbs edib. Onların Kipr sui-qəsdi ilə əlaqəsi olub-olmadığına aydınlıq gətirilməyib.

Hesabatda “Mossad”la Yunanıstan, Kipr və ABŞ-ın kəşfiyyat xidmətləri arasında sıx əməkdaşlıq qeyd edilib.

İsrailin Milli Təhlükəsizlik Şurası bu ilin əvvəlində xəbərdarlıq etmişdi ki, Kipr və Yunanıstan İranın yəhudiləri və israilliləri hədəf alacağı ölkələrdir. Bu ölkələr nisbətən böyük qürbət icmalarına malik olmaqla yanaşı, israilli turistlər üçün məşhur yerlərdir.

Mart ayında Yunanıstan polisi Yunanıstanda İsrail və yəhudi hədəflərinə qarşı İran adından kütləvi insan tələfatı ilə nəticələnən terror aktları planlaşdırdığı iddia edilən iki Pakistan vətəndaşını həbs edib. Yunanıstanın təhqiqatına yardım edən “Mossad”ın açıqlamasında hər iki şəxsin İran terror şəbəkəsinin bir hissəsi olduğunu bildirib.

Yunanıstan hökumətinin rəsmisi bildirib ki, hədəflərdən biri Afinanın mərkəzində, paytaxtdakı Çabad Evinin koşer restoranıdır. Digər məlumatlara görə, hədəf Çabad Evinin özü olub.

2021-ci ilin oktyabrında İsrail İranın Kiprdə israilli iş adamlarına qarşı sui-qəsdin qarşısının alındığını bildirib. Məlumata görə, muzdlu qatil Azərbaycan əsilli olub və Rusiyadan gələn təyyarə ilə Rusiya pasportundan istifadə edərək Kiprə gəlib. Kipr sui-qəsddə əsas şübhəli və üç Pakistan vətəndaşı da daxil olmaqla altı nəfəri ittiham edib.

Noyabrda Gürcüstanın təhlükəsizlik rəsmiləri iranlı əməliyyatçının göstərişi ilə Pakistan vətəndaşının Gürcüstanda bir israillini öldürmək cəhdinin qarşısını alıb.

Keçən yay Türkiyə qüvvələri İran agentlərinin İstanbulda israilliləri öldürmək cəhdinin qarşısını alıb və üç nəfəri həbs edib. Bundan bir ay əvvəl “Mossad” və yerli həmkarları İranın İstanbulda mülki İsrail sakinlərini hədəf alan üç hücumunun qarşısını alıb. İran isə ittihamları rədd edib.

Y. QACAR







Bölməyə aid digər xəbərlər