09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
“Vaqner” yeni baza tikir və döyüşçülər toplayır - Fotolar
Tarix: 01-07-2023 00:53 | Bölmə: Slayd
“Vaqner” yeni baza tikir və döyüşçülər toplayır

Uğursuz üsyandan sonra Rusiya prezidenti Putinin üç variant təklif etdiyi muzdlu qrup “Vaqner”in bölgədə hərbi baza qurduğu və hələ də ölkə daxilində əsgər yığmağa davam etdiyi bildirilir.

Reyting.az
xəbər verir ki, “Vaqner” qüvvələrinin Belarusa çəkildiyi iddia edilsə də, peyk görüntüləri onların bir qisminin ölkədə istifadə olunmayan hərbi bazada fəaliyyət göstərdiyini sübuta yetirir.

İyunun 27-də çəkilmiş təsvirlər çadırlar və ya oxşar tikililərin qurulduğunu göstərir. Xatırladaq ki, iyunun 19-da daha əvvəl çəkilmiş görüntü hərbi birləşmənin içərisindəki ərazinin böyük ölçüdə boş olduğunu göstərmişdi.



Peyk görüntülərindəki baza Asipoviç şəhərindən təqribən 21 kilometr, paytaxt Minskdən isə təxminən 103 kilometr aralıdadır. Bu ərazi Rusiya mətbuatında “Vaqner” döyüşçülərinin yerləşdiyi yer kimi göstərilir.

Qeyd edək ki, Belarus prezidenti Lukaşenko “Vaqner”in muzdlularına Priqojinin ölkəsində yerləşdirməyi təklif etmişdi. Belarus lideri tərk edilmiş hərbi bazanı xatırlatsa da, onun yerini açıqlamayıb.

İyunun 27-də çəkilmiş şəkil aşağı rezolyusiyaya malikdir, ona görə də orada nə tikildiyini dəqiq söyləmək çətindir, lakin iyunun ortalarından bu ərazidə aktivliyin olduğu aydındır.

Ərazidə digər hərbi bazalarda görünən çadırlara uyğun gələn bir neçə sıra düzbucaqlı strukturlar görünür. Bu tikililərin kim tərəfindən tikildiyi bəlli deyil.



Ukraynalı hərbi ekspert Oleq Jdanov bildirib ki, “Vaqner” qoşunlarının üsyandan qısa müddət sonra düşərgə qurması “qeyri-realdır”. Lakin Londondakı Kings College Universitetinin Müharibə Tədqiqatları Departamentində Rusiya ordusu üzrə ixtisaslaşmış tədqiqatçı Marina Miron bunun mümkün olduğunu düşünür: “Vaqner” hər şeyin ləng getdiyi orduya bənzəmir. Belə düşünmək ağlabatandır ki, onlar Moskvaya gedən yolun yarısını bir gündə keçə bilsələr, Belarusda da düşərgə qurmağa başlayardılar”.

Digər tərəfdən, BBC “Vaqner”in üsyanından bir neçə gün sonra də Rusiya daxilində döyüşçülər topladığını iddia edib.

Məqalədə bildirilir ki, Rusiyada qeydiyyatda olan telefon nömrəsindən istifadə edərək bir neçə işə qəbul mərkəzinə vurublar: “Bizə cavab verənlərin hamısı təsdiqlədi ki, işlər həmişəki kimi gedir. Rusiyanın qərbindəki Kalininqraddın cənubdan Krasnodara qədər heç kim qrupun dağıldığına inanmırdı. Murmansk şəhərində “Vikinq İdman Klubundan” bir qadın təsdiqlədi ki, onlar hələ də Ukraynada xidmət etmək üçün döyüşçülər toplayır”.



E. KAMAL




Bölməyə aid digər xəbərlər