09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
ABŞ kəşfiyyatının rəhbəri Ukraynaya gizli səfərə edib
Tarix: 01-07-2023 13:42 | Bölmə: Slayd
ABŞ kəşfiyyatının rəhbəri Ukraynaya gizli səfərə edib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns bu yaxınlarda Ukraynaya gizli səfər edib. Onun Kiyevdə Rusiyanın işğal etdiyi ərazilərin qaytarılması və ilin sonuna qədər Moskva ilə atəşkəs danışıqlarının başlaması üçün iddialı strategiyanı müzakirə etdiyi bildirilir.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, Börnsün əvvəllər məlumat verilməyən səfərinə prezident Vladimir Zelenski və Ukraynanın yüksək rütbəli kəşfiyyat rəsmiləri ilə görüşlər daxil olub.

Anonimlik şərti ilə danışan ABŞ rəsmisi "The Wall Street Journal" qəzetinə açıqlamasında Börnsün Rusiyanın son təcavüzü başlayandan bəri müntəzəm olaraq etdiyi kimi, bu yaxınlarda Ukraynaya səfər etdiyini təsdiqləyib.

Məlumata görə, kəşfiyyat rəhbərinin məqsədi Bayden administrasiyasının Ukraynanın müdafiəsi üçün kəşfiyyat məlumatlarını bölüşmək öhdəliyini bir daha təsdiqləmək olub.

Görüş zamanı Ukrayna rəsmiləri hələ də davam edən əks-hücumun tempini tənqid edənlərdən narazılıqlarını bildiriblər. Lakin özəl olaraq Kiyevdəki hərbi plançılar Börns və başqalarını əmin ediblər ki, onlar payıza qədər əhəmiyyətli əraziləri azad edəcək, artilleriya və raket sistemlərini Rusiyanın nəzarətində olan Krımın sərhəd xəttinə köçürmək, Ukraynanın şərqinə doğru irəliləmək və daha sonra onlarla danışıqlara başlamaq niyyətindədirlər. Ukraynanın qısa müddətdə bu planları necə həyata keçirəcəyi hələlik bəlli deyil.

MKİ Börnsün hücumun perspektivləri ilə bağlı qiymətləndirməsinə dair suala cavab verməkdən imtina edib.

Onu da qeyd edək ki, Ukraynanın işğal olunmuş ərazilərində dərin məskunlaşan Rusiya qüvvələri ilə üz-üzə qalan Zelenski və onun hərbi rəhbərləri əks-hücumdan əvvəl Kiyevi milyardlarla dollarlıq qabaqcıl silahla təmin edən və təlimlər keçən Qərb ölkələrinin də təzyiqi altındadır.

ELÇİN




Bölməyə aid digər xəbərlər