09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Rusiya-Ukrayna müharibəsi: şiddətli döyüşlər davam edir
Tarix: 03-07-2023 09:27 | Bölmə: Slayd
Rusiya-Ukrayna müharibəsi: şiddətli döyüşlər davam edir

Ukraynanın Liman, Baxmut, Avdiyiv və Marinski istiqamətlərində Rusiya ordusuna qarşı şiddətli döyüşlər davam edir. Gün ərzində 39 döyüş olub.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün səhər dərc olunmuş xülasəsində məlumat verib.

Məlumata görə, Baxmut istiqamətində işğalçılar Donetsk vilayətinin Minskivka və Bohdanivka rayonlarında hücuma keçib, lakin hücum nəticəsiz qalıb.

Bildirilir ki, 10-dan çox yaşayış məntəqəsi, xüsusən də Vasyukovka və Çasiv Yar rusların artilleriya atəşinə məruz qalıb:

“Rusiya qoşunları Avdiivka şəhəri ərazisinə faydasız hücum hərəkətləri həyata keçirib.

Ukrayna müdafiəçiləri Marinka yaxınlığında rusların bütün hücumlarını dəf ediblər”.

Baş Qərargahın məlumatına görə, Xerson və Zaporojiya istiqamətlərində ruslar əsas səylərini Ukrayna qoşunlarının irəliləməsinin qarşısını almağa cəmləşdirir.

Qeyd edək ki, dünən “Terra” kəşfiyyat bölməsinin komandiri Nikolay Voloxov Baxmut istiqamətində vəziyyətin nikbin və müsbət olduğunu, bir aydır davamlı irəliləyişin əldə edildiyini bildirib.

Həmçinin dünən “Tavriya” qoşunlarının əməliyyat-strateji qruplaşmasının komandanı, briqada generalı Aleksandr Tarnavski deyib ki, bu istiqamətdə raket qoşunları və artilleriya bölmələri gün ərzində min 242 atəş tapşırığı yerinə yetirib.

Onun sözlərinə görə, son sutka ərzində rusların 17 hərbi texnikası və 4 silah-sursat anbarı məhv edilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər