09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Ərdoğan Baydenə meydan oxuyur - Foto
Tarix: 03-07-2023 16:45 | Bölmə: Slayd
Ərdoğan Baydenə meydan oxuyur

11-12 iyulda Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstan baş naziri Kiriakos Mitsotakisin nəzərdə tutulan görüşü Yunanıstanda əsas müzakirə mövzularından birinə çevrilib.

Reyting.az
xəbər verir ki, Yunanıstanın “Kathimerin” qəzetində dərc olunan təhlildə liderlərin görüşdən sonra iki ölkə arasında təmasların bərpa olunacağından yazılıb.

Egey və Şərqi Aralıq dənizində son sakitlik dövrünün bu qərarda təsirli olduğu vurğulanan məqalədə qeyd edilib ki, görüş uzun sürməyəcək, xarici işlər nazirləri ilə yanaşı müşavirlər də görüşə qatılacaq.

Görüşdən məşvərətçi təmasların və etimad tədbirlərinə dair danışıqların bərpası kimi gözləntilərin olduğunu yazan qəzet diqqəti Ağ evin milli təhlükəsizlik müşaviri Cek Sullivanın Türkiyə prezidentinin baş müşaviri Akif Çağatay ilə görüşünə də çəkib.

Türkiyənin Qərblə yaxınlaşmasının Ankaranın İsveçin NATO üzvlüyünə razılıq verəcəyi anlamına gəlmədiyi bildirilən məqalədə yazılıb ki, Türkiyənin əsas gündəm maddəsinin “F-16” qırıcılarının modernləşdirilməsi olduğu xatırlanır.

Türkiyənin NATO-da ikinci ən böyük orduya sahib olduğunu qeyd edən qəzet daha sonra yazır: “Ərdoğan “F-16”-nın modernləşdirilməsinə əyilmək və ya lazım gələrsə, Konqresin etirazlarından yan keçmək üçün Co Baydenə meydan oxuyur”.



Digər tərəfdən, “In.gr News” saytı Yunanıstan-Türkiyə münasibətlərində uzun müddət davam edən gərginlikdən sonra Ərdoğan-Mitsotakis görüşünün asan olmayacağını, lakin nikbin ssenarilərin olduğunu yazıb. Sayt bu yaxınlarda dərc edilən təhlilində Ərdoğan-Mitsotakis görüşünün arzu olunan nəticəsini 3 maddə ilə ümumiləşdirib:

İki ölkə və iki lider arasında əlaqə kanallarının tamamilə yenidən qurulması, siyasət dialoqunun intensivləşdirilməsi, etimad quruculuğu tədbirləri.

Miqrasiya kimi mövzularda əməkdaşlığın inkişafı və Türkiyə-Yunanıstan arasında əsas məsələlər üçün addım-addım yol xəritəsinin hazırlanması.

Yanlış hərəkətlərdən qaçmaq üçün moratoriumun saxlanılması.

Y. QACAR




Bölməyə aid digər xəbərlər