09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Mafiya şəhərə giriş-çıxışı bağlayıb
Tarix: 03-07-2023 17:01 | Bölmə: Slayd
Mafiya şəhərə giriş-çıxışı bağlayıb

Meksikanın ən ağır cinayətlərin baş verdiyi ştatlarından olan Miçoakanda narkomafiya Apatzinqan şəhərinin giriş-çıxışını nəqliyyat vasitələri üçün bağlayıb.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, mafiya üzvləri avtobus və yük maşınlarını şəhərə buraxmırlar.

Adının açıqlanmasını istəməyən yük maşını sürücüsü jurnalistlərə bildirib ki, mafiya üzvləri ondan avtomobilini yolun o biri tərəfində saxlamağı xahiş ediblər və hərəkət edərsə, onu yandıracaqları ilə hədələyiblər.

Digər tərəfdən, mafiyanın silahlı üzvləri bir ailənin avtomobilini zorla ələ keçirib.

Toqquşmaların baş verdiyi əraziyə gedən silahlıların bir nəfəri qətlə yetirdikləri də bildirilir.

Zərərçəkənin dostu qətlə yetirilən şəxsin avtosalonda işlədiyini və ailəsinə qovuşmaq üçün yolda olduğunu deyərək, qətlin Xalisko mafiyasının üzvləri tərəfindən törədildiyini iddia edib.

Qeyd edək ki, “Qaynar zona” adlanan Apatzinqan Meksikada cinayətkar dəstələrin sığındığı, narkotik istehsalı və daşınmasının həyata keçirildiyi mərkəz kimi tanınır. Apatzinqanda uzun müddətdir ki, Viaqras adlı mfiya fəaliyyət göstərir.

ELÇİN




Bölməyə aid digər xəbərlər