09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Səhhəti ağırlaşan Saakaşvili hakim qarşısına çıxarılıb - Foto
Tarix: 03-07-2023 18:49 | Bölmə: Slayd
Səhhəti ağırlaşan Saakaşvili hakim qarşısına çıxarılıb

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili fevral ayından bəri ilk dəfə məhkəmə iclasında iştirak edib.

Reyting.az
xəbər verir ki, M. Saakaşvilinin məhkəmə zalından çəkilmiş fotolarını bir sıra KİV-lər dərc edib. Fotolardan görünür ki, keçmiş prezident həddindən artıq yorğundur və sağlıq durumu yaxşı deyil.

“Vivamed” klinikasında olan Gürcüstanın eks-prezidenti və Ukrayna vətəndaşı M. Saakaşvili bu ilin fevralından bəri ilk dəfə görüşdə iştirak edərək vəziyyətini nümayiş etdirib.



Saakaşvili digər məsələlərlə yanaşı, Gürcüstan hakimiyyətini tənqid edib, ölkənin parlament sədrinə cavab verib:

"Məni belə vəziyyətə gətirdiyiniz üçün üzr istəməlisiniz - Avropa Parlamentinin deputatları, ailəm, məndən əvvəl, Ukrayna və bütün gürcülər qarşısında".

O, Rusiyanın dağılma vaxtının yaxınlaşdığını və bunun Gürcüstana geniş imkanlar yaradacağını iddia edib.

"Biz indi yaxşı vəziyyətdə olmalıyıq, çünki Abxaziyanı qaytarmalıyıq - təbii ki, dinc yolla, itirilmiş vaxtı qaytarmalıyıq və heç kim gələcəyimizi əlindən almayacaq", - “İnterpressnews” Saakaşvilidən sitat gətirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər