09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Zelenski: “Rusiya Saakaşvilini Gürcüstan hakimiyyətinin əli ilə öldürür”
Tarix: 03-07-2023 22:28 | Bölmə: Slayd
Zelenski: “Rusiya Saakaşvilini Gürcüstan hakimiyyətinin əli ilə öldürür”

Ukrayna prezidenti Vladimir Zelenski Xarici İşlər Nazirliyinə (XİN) Gürcüstan səfirinə etiraz bildirməyi və onu həbsdə olan keçmiş prezident Mixail Saakaşvilinin vəziyyəti ilə bağlı məsləhətləşmələr üçün Tbilisiyə getməyə çağırmağı tapşırıb. Reyting.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Ukrayna lideri iyulun 3-də Tiflis məhkəməsinin iclasında distant iştirak edən Gürcüstanın üçüncü prezidentinin dəhşətli vəziyyətinə münasibət bildirərkən Teleqram kanalında deyib ki, rəsmi Kiyev dəfələrlə Tbilisini Saakaşviliyə təzyiqləri dayandırmağa və onun Ukraynaya qayıtmasına razılıq verməyə çağırıb.

Bundan əlavə, tərəfdaşlar Ukrayna ilə razılaşdırılaraq, Ukrayna vətəndaşının xilas edilməsi üçün müxtəlif variantlar da təklif ediblər.

"Hazırda Rusiya Ukrayna vətəndaşı Mixail Saakaşvilini Gürcüstan hakimiyyətinin əli ilə öldürür", - prezident deyib.


Mixail Saakaşvili

Nəticədə, dövlət başçısı Xarici İşlər Nazirliyinə Gürcüstanın Ukraynadakı səfirini çağırmağı, ona kəskin etirazını bildirməyi və paytaxtı ilə məsləhətləşmələr üçün 48 saat ərzində Ukraynanı tərk etmək təklifi verməyi tapşırıb.

"Bir daha Gürcüstan hakimiyyətini Ukrayna vətəndaşı Mixail Saakaşvilini lazımi müalicə və qayğı üçün Ukraynaya təhvil verməyə çağırıram. Və mən tərəfdaşlarımızı çağırışlar etməyə, bu vəziyyəti gözardı etməməyə və bu şəxsi xilas etməyə çağırıram”, - Zelenski vurğulayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər