09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Planet sürətlə istiləşir
Tarix: 04-07-2023 13:08 | Bölmə: Slayd
Planet sürətlə istiləşir

Yayın başlanğıcı artıq Kanadadan Çinə qədər temperatur rekordları vurub. Baxmayaraq ki, ənənəyə görə, şimal yarımkürəsində istilik avqusta yaxın başlayır.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, müşahidələrə görə, yayın ilk ayı Avropa, Amerika və Asiyada qeyri-adi dərəcədə isti olub. Bu tendensiya sinoptiklərin bu il əvvəlki temperatur rekordlarını qıra biləcəyi ilə bağlı proqnozlarını təsdiqləyə bilər.

Müşahidələrə görə, iyun ayında havanın temperaturu normadan 1,5 dərəcə yüksək olduğu üçün meteoroloqlar gərginləşib. "İyunun əvvəlində havanın temperaturu müşahidə rekordunu əhəmiyyətli fərqlə qırıb", - Avropa İttifaqının Kopernik Mərkəzinin alimləri izah ediblər.

Alimlər həmçinin bütün qitələrdə yayın isti olacağı barədə xəbərdarlıq ediblər. Məsələn, Kanada artıq tarixdə ən böyük meşə yanğınları mövsümünü yaşayır.

ABŞ-ın cənubunda isə on milyonlarla insan istidən əziyyət çəkir. Orada, rəsmi məlumatlara görə, artıq 13 nəfər ölüb.

Daha da pisi Meksikadadır, istidən 100 nəfər həyatını itirib. Aprel ayından bəri ölkədə üçüncü isti dalğası yaşanır və meksikalılara dördüncünün tezliklə gələcəyi barədə xəbərdarlıq edilib.

İspaniyanın cənubunda isə ötən ayın sonunda 44 dərəcə isti olub. Meteoroloqlar qeyd ediblər ki, 2011-ci ilə qədər İspaniyada iyun ayında cəmi beş dəfə həddindən artıq istilər qeydə alınıb. Və 2011-ci ildən bəri artıq altı ən isti iyun ayı olub.

Britaniya ərazisində, Kral Meteorologiya Xidmətinin ölçmələrinə görə, iyun tarixin ən isti ayı olub. Termometr 32°C-yə yüksəlib və 1940 və 1976-cı illərdə qeydə alınan rekordları qırıb.

Asiyada milyardlarla insan istidən əziyyət çəkir. Pekində 40 dərəcə isti üç gün dalbadal müşahidə edilib - 1951-ci ildə müşahidələr başlayandan bəri ilk dəfə. Ümumiyyətlə, bu iyun ölkədə son 30 ilin ən isti ayı olub.

Hindistanın bəzi bölgələrində iyunda termometr +46°C, Səudiyyə Ərəbistanında isə +48°C olub. Səlahiyyətlilərə görə, istilərdən 2000 nəfər zərər çəkib, 230 nəfər ölüb.

Dünyada isti hava

İqlimşünas alimlər planetin istiləşmə sürətindən narahatdırlar. Demək olar ki, hər yay onlar temperatur rekordlarını qeyd edirlər. 2022-ci ilin yayı həqiqətən cəhənnəm idi və bütün gözlənilən temperatur rekordlarını qırıb. Bundan sonra iqlimşünaslar xəbərdarlıq ediblər ki, hər gələn yay əvvəlkindən daha isti olacaq.

Y. QACAR




Bölməyə aid digər xəbərlər