09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Dünyanın diqqəti Ərdoğanın qərarına yönəlib
Tarix: 04-07-2023 15:40 | Bölmə: Slayd
Dünyanın diqqəti Ərdoğanın qərarına yönəlib

Dünyanın diqqəti Türkiyənin İsveçlə bağlı verəcəyi qərara yönəlib. 2023-cü ilin ən mühüm hadisəsi adlandırılan NATO-nun Zirvə Görüşü öncəsi İsveç Şimal Alyansına üzv olmaq üçün təşəbbüslərini sürətləndirərkən, Türkiyə prezidenti Ərdoğanın açıqlamaları dünya mətbuatının əsas yazısına çevrilib.

Reyting.az
xəbər verir ki, “Washington Post” ABŞ prezidenti Baydenin qarşısındakı çətin prosesdən, “British Independent” isə Ərdoğanın İsveçə verdiyi “ev tapşırığı”ndan yazıb.

Xatırladaq ki, Türkiyənin tələblərini yerinə yetirən Finlandiya NATO-ya üzv olub. İsveç də NATO-ya üzv olmaq üçün Türkiyə ilə bağlı məsələdə münasibəti dəyişməyə başlayıb. İsveç nəhayət ki, terror təşkilatlarının tərəfdarlarına həbs cəzasını nəzərdə tutan qanunu qəbul edib. İyunun 1-də qüvvəyə minən qanunla terror təşkilatının fəaliyyətini təşviq edən, gücləndirən və ya dəstəkləyən şəxslərə maksimum 4 il həbs cəzası verilə bilər.

Qeyd edək ki, Türkiyənin tələblərini yerinə yetirdiyini bildirən İsveçə yeni prroblem yaranıb. “British Independent” yazır ki, Türkiyə prezidenti bir daha ölkəsinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyə hazır olmadığına işarə edib. İngilis qəzeti Ərdoğanın Nazirlər Kabinetinin iclasından sonra dediklərindən sitat da gətirib:

“Ərdoğan Stokholmun tamamlanması lazım olan ev tapşırıqları üzərində daha çox çalışması lazım olduğunu söylədi”.

ABŞ-da fəaliyyət göstərən “Fox” kanalı isə “Türkiyə prezidenti Ərdoğan İsveçin NATO-ya üzvlüyünün təsdiqini təxirə saldı”,- başlığı ilə oxucularını məlumatlandırıb. Xəbərdə Ərdoğanın təsdiq üçün öhdəliklərin yerinə yetirilməsini tələb etdiyi vurğulanıb.

“Əl Monitor” isə yazır:

“Prezident Rəcəb Tayyib Ərdoğan İsveç və ABŞ-a açıq-aşkar yumruq ataraq ölkəsinin “örtülü təhdidlərə” boyun əyməyəcəyini söylədi”.

Bu arada “Washington Post” ABŞ prezidenti Baydenin 10 günlük səfər turuna çıxacağını xatırladıb və qiymətləndirmə edib:

“Bunun mahiyyətində onun Türkiyə və Macarıstanı İsveçi dünyanın ən güclü müdafiə ittifaqına dəvət etməsinə etirazlarından əl çəkməyə inandıra biləcəyi sualı var”.

“The Hill” NATO-nun Zirvə Görüşünü 2023-cü ilin ən vacib məsələsi kimi xarakterizə edib. Xəbərdə qalmaqallı çağırış da yer alıb və üzv dövlətlərin Türkiyəyə təzyiq göstərməli olduğu iddia edilib.

“Balkan Insight” xəbərində “İsveçə Türkiyə tərəfindən veto qoyuldu, NATO zirvəsi öncəsi Quranın yandırılmasını qınadı”,- başlıqlı məlumatda bu ifadələrə yer verib:

“Türkiyə Vilnüs sammitindən əvvəl onun NATO üzvlüyünə mane olmağa davam etsə də, İsveç Türkiyə və digər müsəlman ölkələrinin tənqidindən sonra Stokholmda keçirilən sonuncu Quranyandırma aksiyasını “islamofobiya” adlandırıb”.

“Əl-Cəzirə” telekanalı isə Ərdoğanın Fransadakı hadisələrlə bağlı açıqlamalarına diqqət çəkərək yazıb ki, Türkiyə prezidenti ümummilli iğtişaşlarda Fransanın müstəmləkə keçmişini ittiham edir və bunu “islamofobiya” ilə əlaqələndirir.

Y. QACAR




Bölməyə aid digər xəbərlər