09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Dövlət Xidmətində əməliyyat keçirilib, saxlanılanlar var - (Yenilənib)
Tarix: 04-07-2023 16:55 | Bölmə: Slayd
Dövlət Xidmətində əməliyyat keçirilib, saxlanılanlar var - (Yenilənib)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsində əməliyyat tədbiri keçirilib.

Reyting.az
xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirlən əməliyyatla şöbə rəisi Rahim Ağayev saxlanılıb.

Fakt Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən fakt təsdiq edilib. Bildirilib ki, ətraflı məlumat veriləcək.

***

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin daha iki rayon şöbəsində əməliyyat keçirilib.

Reyting.az
xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən Cəlilabad və Laçın rayon şöbələrində əməliyyat tədbiri keçirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildiriblər ki, ictimaiyyətə ətraflı məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər