09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Sabiq deputat həbs olunub - Şantaj ittihamı ilə (Yenilənib)
Tarix: 05-07-2023 16:05 | Bölmə: Slayd
Sabiq deputat həbs olunub - Şantaj ittihamı ilə (Yenilənib)

"Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi sabiq deputat, iş adamı Nazim Bəydəmirlini saxlayıb".

Reyting.az
 xəbər verir ki, bu barədə jurnalist Xədicə İsmayıl və sabiq deputatın yaxın dostları sosial şəbəkdə məlumat paylaşıblar.

İddiaya görə, Bəydəmirli payçısı olduğu şirkətdən qanunsuz pul tələb edib.

Hələlik yayılan xəbərlərə DİN-dən reaksiya verilməyib.

***

"Sabiq deputat Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib".

Reyting.az
xəbər verir ki, bu barədə DİN-nin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov KİV-ə ünvanlı açıqlamada deyib.

Onun sözlərinə görə, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib: "O, cari il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir".

***

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən keçmiş deputat Nazim Bəydəmirlinin barəsində həbs qətimkan tədbiri seçilib.

Reyting.az
xəbər verir ki, N. Bəydəmirli barəsində Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, N. Bəydəmirli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.




Bölməyə aid digər xəbərlər