09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Ermənilər Rusiya ilə əməkdaşlıqdan narazıdır
Tarix: 05-07-2023 08:29 | Bölmə: Slayd
Ermənilər Rusiya ilə əməkdaşlıqdan narazıdır

"İrəvandan nə 44 günlük Qarabağ müharibəsi zamanı, nə də ondan sonrakı sərhəd toqquşmalarında ermənilərə lazımi köməklik göstərməyən Rusiyaya qarşı sonsuz qınaqlar gəlir. İddia olunur ki, ruslar ermənilərin döyüş sursatı və hərbi texnika itkisini ödəməyib, onlar üçün avans ödənilsə də, silah tədarükü ilə bağlı müqavilə öhdəliklərini pozublar".

Bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

Musabəyov əlavə edib ki, ermənilər Azərbaycan hərbçiləri ilə Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılmamış qalıqları arasında toqquşmalara qarışmayan Rusiya sülhməramlı kontingentini də tənqid edirlər: "Bu, Azərbaycan və Türkiyə arasında müttəfiqlik və hərbi əməkdaşlıq nümunəsi kimi göstərilir. Maraqlıdır ki, Rusiya bütün bunlardan yorulub, İkinci Qarabağ müharibəsi zamanı göstərdiyi hərbi yardımın həcmini, daha doğrusu, təmənnasız olaraq silah, sursat, kəşfiyyat məlumatları, müşavirlərin, hava hücumundan müdafiə kompleksinin saxlanılması üzrə mütəxəssislərin köməyini dərc edirlər".

ELÇİN




Bölməyə aid digər xəbərlər