09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Avropanı quraqlıq bürüyüb, ciddi su problemi yaranıb
Tarix: 05-07-2023 15:27 | Bölmə: Slayd
Avropanı quraqlıq bürüyüb, ciddi su problemi yaranıb

Avropa böyük quraqlıqla üz-üzədir.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, hazırda qitənin üçdə birindən çoxunda quraqlıq xəbərdarlığı edilir, 10 faizi isə şiddətli quraqlıqla üzləşib.

Quraqlıq səbəbindən su ilə bağlı problemlər başlayıb, çünki temperaturun artması səbəbindən çaylar və kanallar quruyur.

Bu vəziyyətin 2018-ci ildən bəri müxtəlif formalarda müşahidə olunduğu və Avropada ümumi su itkisinin ildə təxminən 84 milyard ton olduğu təxmin edilir.

Avstriya universitetinin bu yaxınlarda apardığı böyük araşdırma nəticəsində məlum olub ki, Avropa indi müntəzəm olaraq yağışla əvəzlənəndən daha çox yeraltı su itirir.

Məsələn, Fransanın bəzi bölgələrində və İspaniyanın əksər hissəsində su məhdudiyyətləri var. Hər iki ölkənin liderləri şirin suyun çatışmazlığının kəskin milli problem olduğunu bildiriblər.

Portuqaliyada quraqlıq ərazinin 90 faizdən çoxuna təsir edib və bu, hökuməti çətinlik çəkən fermerlər üçün Avropa İttifaqından yardım istəməsinə səbəb olub. Almaniyada isə hökumət su təhlükəsizliyindən o qədər narahatdır ki, ilk dəfə olaraq milli su strategiyası hazırlayıb.

Qeyd edək ki, 3 iyul dünyanın ən isti günü olub. Orta qlobal temperatur Selsi üzrə 17,01 dərəcəyə çatıb. Əvvəlki belə rekord 2016-cı ilin avqustunda, bütün dünyada isti dalğalarının baş verdiyi zaman qeydə alınıb.

ABŞ-ın cənubu, Çin, Şimali Afrika və hətta Antarkti yüksək temperaturdan əziyyət çəkir.

Y. QACAR






Bölməyə aid digər xəbərlər