09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Suriyada ABŞ ilə Rusiya arasında gərginlik yenidən artır - Foto
Tarix: 06-07-2023 11:33 | Bölmə: Slayd
Suriyada ABŞ ilə Rusiya arasında gərginlik yenidən artır

ABŞ Hərbi Hava Qüvvələri Komandanlığı Rusiya döyüş təyyarələrinin Suriyada ABŞ pilotsuz uçuş aparatlarına (PUA) qarşı təhlükəli və qeyri-peşəkar hərəkətlər etdiyini göstərən görüntülər yayıb.

Reyting.az
xəbər verir ki, ABŞ-ın Yaxın Şərqdəki 9-cu Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Aleks Qrinkeviç faktı təsdiqləyib.

General deyib ki, Rusiyanın üç döyüş təyyarəsi ABŞ-ın İŞİD hədəflərinə qarşı missiya yerinə yetirən üç PUA-sını təqib etməyə başlayıb.

Rusiya döyüş təyyarələrinin “norma və protokollara zidd” hərəkət etdiyini bildirən Qrinkeviçin sözlərinə görə, ruslar PUA-ların qarşısına çoxlu paraşüt işıqlandırma bombaları ataraq, onları qaçış manevrlərinə məcbur etməyə çalışıb.

General bildirib ki, rusiyalı pilot ABŞ PUA-larının təhlükəsiz idarə olunmasının qarşısını alıb: “Bu hadisələr Rusiya qüvvələrinin Suriyadakı həm ABŞ, həm də Rusiyanın öz qüvvələrini təhdid edən qeyri-peşəkar və təhlükəli hərəkətlərinin daha bir nümunəsidir”.

A. Qrinkeviç Rusiya qüvvələrini Suriyada bu cür hərəkətlərə son qoymağa çağırıb.



E. KAMAL




Bölməyə aid digər xəbərlər