09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Paşinyan Əliyevlə Brüsseldə görüşəcək
Tarix: 06-07-2023 12:05 | Bölmə: Slayd
Paşinyan Əliyevlə Brüsseldə görüşəcək

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə gözlənilən görüşünü açıqlayıb.

Reyting.az
“İnterfaks”a istinadla xəbər verir ki, bu barədə o, Ermənistan hökumətinin iclasında bildirib.

Baş nazir yaxın vaxtlarda Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə İlham Əliyevlə görüş keçirəcəyini vurğulayıb.

O, həmçinin qeyd edib ki, İrəvan və Bakı arasında sülh sazişinin mətni hələ imzalanmağa hazır deyil və Ermənistan və Azərbaycanın xarici işlər nazirliklərinin rəhbərləri arasında Vaşinqtonda aparılan danışıqlarda irəliləyiş əhəmiyyətsiz olub.

“Ümid edirəm ki, qarşıdan gələn görüşdə Vaşinqtonda qeydə alınan müsbət hər şeyi obyektiv müstəviyə gətirəcəyik. Biz bütün məsələləri diplomatiya yolu ilə həll etməliyik”, - Paşinyan əlavə edib.


Y. QACAR




Bölməyə aid digər xəbərlər