09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Rusiyada vətəndaş müharibəsi təhlükəsi yaranıb, Putin xalqın dəstəyini sürətlə itirir
Tarix: 06-07-2023 18:02 | Bölmə: Slayd
Rusiyada vətəndaş müharibəsi təhlükəsi yaranıb, Putin xalqın dəstəyini sürətlə itirir

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin təşəbbüsü ilə başlayan hərbi qiyamdan sonra Rusiyada daxili vəziyyət xüsusilə gərginləşir.

Reyting.az
-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Ukrayna kəşfiyyatının əlinə keçən Rusiya Daxili İşlər Nazirliyinin məxfi məlumatlarından məlum olub ki, prezident Vladimir Putin xalqın dəstəyini sürətlə itirir.

Bunu “The Times” qəzetinə müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

Onun sözlərinə görə, iyunun 24-də və 25-də baş vermiş “vaqnerçilər”in hərbi qiyamında Rusiyanın 46 vilayətindən 17-si "Vaqner"in rəhbəri Priqojini, 21 regionu isə Rusiya prezidenti Putini dəstəkləyib. Üstəlik, Putin Sankt-Peterburqun yox, Moskvanın dəstəyinə arxalana bilərdi.

Kreml rəhbərinə ən aşağı dəstək Dağıstanda qeydə alınıb.

Budanov bildirib ki, Rusiya Daxili İşlər Nazirliyi bu məlumatları sosial şəbəkələrdə, guya qorunan messencerlərdə və regional mediada yeni nəsil casus proqramlardan istifadə edərək izləyib.

Ukrayna kəşfiyyatının rəhbəri vurğulayıb ki, hazırda Rusiya daxilində cəmiyyət iki yerə parçalanıb, vətəndaş müharibəsi ərəfəsindədir və daxili münaqişənin güclənməsi üçün kiçik daxili “iş” lazımdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər