09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Lavrov və ABŞ-ın keçmiş yüksək rütbəli şəxslərinin gizli görüşü keçirilib
Tarix: 06-07-2023 19:48 | Bölmə: Slayd
Lavrov və ABŞ-ın keçmiş yüksək rütbəli şəxslərinin gizli görüşü keçirilib

ABŞ-ın keçmiş milli təhlükəsizlik məmurları Ukraynada hərbi əməliyyatları dayandrmaq və mümkün danışıqlar prosesinin əsasını qoymaq üçün Kremlə yaxın olan bir sıra tanınmış rusiyalılarla gizli danışıqlar aparıblar.

Reyting.az
bildirir ki, bu barədə “NBC News” məlumat yayıb.

Jurnalistlər yazır ki, iclasda iştirak edənlər arasında aprel ayında Nyu-Yorkda qrup üzvləri ilə bir neçə saat söhbət edən Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun olduğu da məlumdur.

Görüş zamanı digər məsələlərlə yanaşı, ruslar tərəfindən işğal olunmuş ərazilərin taleyi və hər iki tərəfin razılaşa biləcəyi diplomatik çıxış yolu müzakirə olunub.

Mənbələr iddia edir ki, Rusiya rəsmisi ilə bu şəxslər söhbət ediblər:

• keçmiş diplomat və Xarici Əlaqələr Şurasının prezidenti, Avropa üzrə ekspert Çarlz Kupçan;

• Rusiya üzrə mütəxəssis Tomas Qrem;

• Xarici Əlaqələr Şurasının üzvü olan Ağ ev və Dövlət Departamentinin keçmiş rəsmiləri;

• ABŞ Müdafiə nazirinin keçmiş müavini Meri Bet Lonq.

Rusiya tərəfdən, Lavrovdan başqa, iştirakçılar alimlər, iri analitik mərkəzlərin və tədqiqat institutlarının rəhbərləri olub.

Rusiyanın xarici siyasət sahəsinin digər nümayəndələrinin də gizli görüşdə iştirak etdiyi bildirilir.

Bu proses ABŞ prezidenti Co Bayden administrasiyasının məlumatı ilə baş verib, lakin onun göstərişi ilə deyil.

Jurnalistlər ABŞ Milli Təhlükəsizlik Şurasında aparılan danışıqların nəticəsi barədə məlumatı Lavrovla görüşən keçmiş məmurlardan aldıqlarını yazırlar.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər