09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Lukaşenko Priqojinlə bağlı yalan məlumat verib?
Tarix: 07-07-2023 11:31 | Bölmə: Slayd
Lukaşenko Priqojinlə bağlı yalan məlumat verib?

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, “Vaqner” hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin və onun muzdluları Belarus Respublikası ərazisində deyillər. Bu açıqlama “Vaqner”in üsyanından sonra onun rəhbəri ilə Lukaşenkonun bağladığı sövdələşmədən sanki uzaqlaşmaqdır.

Reyting.az
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutuna (ISW) istinadla xəbər verir ki, Aleksandr Lukaşenko Kreml rəhbərinin zəif tərəflərinə eyham vuraraq, Vladimir Putinlə əvvəllər ona sadiq olan Yevgeni Priqojin arasında “vasitəçi” imicini saxlamaqda davam edir.

ISW analitikləri deyirlər ki, Priqojinin harada olduğunu dəqiq təsdiqləyə bilmirlər. Lakin Rusiya mənbələri onun hazırda Belarusda olduğunu iddia edirlər.

“Priqojinin Rusiyada sərbəst fəaliyyət göstərə bilməsi onu deməyə əsas verir ki, o, hələ də bəzi təhlükəsizlik zəmanətləri ilə qorunur və yaxud Kreml fiziki və ya hüquqi təqiblərdən daha çox onun Rusiyadakı reputasiyasını sarsıtmağa üstünlük verir”, - ISW bildirir.

Xatırladaq ki, “Vaqner”in lideri Priqojin Lukaşenko ilə danışıqlardan sonra “Moskvaya yürüş”ü dayandırıb. O, ordusunu düşərgələrinə qaytarmağa, özü isə Belarusa getməyə razılaşıb.

Dünən Lukaşenko “Vaqner” PMC muzdluları ilə bağlı planlarından danışıb, həmçinin Priqojinin yerini açıqlayıb. Belarus prezidenti “Vaqner” PMC liderinin Rusiyada (Sankt-Peterbuqda), “Vaqner” döyüşçülərinin isə öz düşərgələrində olduğunu deyib.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, “Vaqner” PMC-nin Belarusa “köçürülməsinə” dair razılaşmaya baxmayaraq, ölkəyə Priqojinin muzdlularının yalnız kiçik bir hissəsi gəlib.

Müşahidəçilərin fikrincə, hazırda Losvido hərbi poliqonunun ərazisində təxminən 200 “Vaqner” muzdlusu ola bilər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər