09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Rusiya-Ukrayna savaşı: 9177 mülki şəxs həlak olub, çoxsaylı yaralı və itkin düşənlər var
Tarix: 08-07-2023 16:34 | Bölmə: Slayd
Rusiya-Ukrayna savaşı: 9177 mülki şəxs həlak olub, çoxsaylı yaralı və itkin düşənlər var

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı (OHCHR) Rusiyanın Ukraynaya qarşı işğalı başlayandan bəri 9177 mülki şəxsin həyatını itirdiyini, 15993 mülki şəxsin isə yaralandığını açıqlayıb.

Reyting.az
xəbər verir ki, OHCHR dərc etdiyi Ukrayna hesabatında Rusiyanın işğalının başladığı 24 fevral 2022-ci il və 30 iyun 2023-cü il tarixləri arasında ümumilikdə 9177 mülki şəxsin həyatını itirdiyini, 15993 mülki vətəndaşın isə yaralandığı bildirilir.

Mülki itkilər, o cümlədən ölüm və yaralanmalarla bağlı hazırlanan müfəssəl hesabatda cinslərə görə mülki itkilərin 61 faizinin kişi, 39 faizinin qadın olduğu, cinsiyyəti müəyyən edilən “itkin düşən uşaq”ların 57,2 faizinin oğlan və 42,8 qız olduğu qeyd edilib.

Hesabata görə, 24 fevral 2022-ci il tarixindən 30 iyun 2023-cü il tarixədək OHCHR Ukraynada uşaqlar arasında 1630 mülki itki qeydə alıb: 535 nəfər ölüb, 1095 nəfər yaralanıb. Amma real rəqəmlərin kifayət qədər yüksək olduğu ehtimal edilir.

Bildirilir ki, müəyyən yerlərdə fərdi mülki itkilər barədə bir çox məlumat hələ də təsdiqini gözlədiyinə görə, mülki itkilərin faktiki sayı əhəmiyyətli dərəcədə çoxdur. Belə yerlərə Mariupol (Donetsk vilayəti) və Lisiçansk, Popasna və Sievierodonetsk (Luqansk vilayəti) daxildir.

OHCHR Rusiyada 58 nəfərin həyatını itirdiyi, 229 nəfərin yaralandığı barədə məlumat aldıqlarını açıqlayıb.

Rəsmilər qeyd edib ki, ən çox mülki ölüm 2022-ci ilin mart və aprel aylarında, ən az mülki ölüm isə 2023-cü ilin fevralında baş verib.

Mülki itkilər daha çox raket hücumları nəticəsində olub, odlu silahlar istisna olmaqla, mülki itkilər mina və partlayıcı maddələrdən qaynaqlanıb.

Raket hücumlarında 7 min 653 mülki itki, odlu silahla 1231 mülki itki baş verdiyi halda, mina və partlayıcı maddələrdən 293 nəfər həyatını itirib.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər