09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
G7 ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətləri hazırlayıb
Tarix: 12-07-2023 11:48 | Bölmə: Slayd
G7 ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətləri hazırlayıb

G7 ölkələri (Böyük Yeddilik) Ukrayna üçün “tarixi və müharibənin hazırkı mərhələsinin sonuna doğru addım” adlandırılan uzunmüddətli təhlükəsizlik zəmanətləri hazırlayıb.

Reyting.az
bildirir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidmətindən məlumat verilib.

Qərar artıq hazırdır və demək olar ki, razılaşdırılıb. İmzalanma çərşənbə günü Vilnüsdə, NATO sammiti çərçivəsində olacaq.

Mətbuat xidmətinin məlumatında qeyd olunur ki, G7-nin bütün üzvləri tərəfindən imzalanması gözlənilən Birgə Bəyannamə müharibəni dayandırmaq, həmçinin sonrakı təcavüzün qarşısını almaq və ya dəf etmək üçün yaxın illərdə müttəfiqlərdən Ukraynaya dəstək formatını müəyyən edəcək.

Birgə Bəyannaməni imzalayanlar, əlavə olaraq, Ukraynaya uzunmüddətli ikitərəfli təhlükəsizlik öhdəlikləri verəcəklər ki, onların da məqsədi “indi və gələcəkdə öz ərazi bütövlüyünü müdafiə edə biləcək Ukrayna qurmaq” olacaq.

Bəyannamənin imzalanmasından sonra tərəfdaşlar daha çox təhlükəsizlik yardımı elan edəcəklər ki, bura digər məsələlərlə yanaşı, kiberhücumlar və hibrid təhdidlərlə mübarizə üçün daha çox və daha sürətli kəşfiyyat-məlumat mübadiləsi və dəstək, Ukrayna ordusu üçün təlim proqramlarının genişləndirilməsi və Ukraynanın sənayesinin inkişafı daxildir.

"Biz Ukraynada baş verənlərin yenidən təkrarlanmasına yol verə bilmərik və bu bəyannamə Ukraynanın gələcəkdə Rusiyanın yeni barbar hərəkətlərinə qarşı həssas qalmamasını təmin etməyə hazır olduğumuzu təsdiqləyir. Rəsmi, çoxtərəfli və ikitərəfli razılaşmalarla birlikdə Ukraynanın NATO-ya doğru hərəkətinə dəstək və NATO-ya üzv ölkələrin böyük dəstəyi prezident Putinə güclü mesaj göndərəcək və Avropaya sülhü qaytaracaq”, - Britaniyanın baş naziri Rişi Sunak bildirib.

NATO-Ukrayna Şurasının ilk iclasında o, müttəfiqlərin Ukraynanın NATO-ya daxil olması prosedurunun sadələşdirilməsi barədə qərarını alqışlamağı planlaşdırır və qeyd edir ki, Ukrayna Alyansın standartlarına çox tez uyğunlaşır, qarşılıqlı fəaliyyət və hazırlığı daha da artırır.

Eyni zamanda, Rişi Sunak Ukrayna üçün böyük bir yeni yardım paketi elan edir: 70 ədəd döyüş və logistika texnikası, o cümlədən CVRT zirehli döyüş maşınları, “Challenger 2” tankları üçün minlərlə sursat və hərbi texnikanın təmiri üçün təxminən 65 milyon dollar artıq bağışlanıb.

Bu vəsait həm də ağır yaralanan əsgərlər üçün reabilitasiya mərkəzinin yaradılması üçün nəzərdə tutulub.

Onu da qeyd edək ki, Vilnüs sammitinin qərarında Ukrayna ilə bağlı kifayət qədər müsbət ifadələr var. Xüsusilə, NATO sammitində Ukraynanın Alyansa gedən yolu ilə bağlı Üzvlük Fəaliyyət Planına dair tələbin geri götürülməsinə razılıq verilib. Eyni zamanda, müttəfiqlər “şərtlər yerinə yetirildikdə” Ukraynanı NATO-ya üzv olmağa dəvət edəcəklərinə işarə ediblər.

Sammitin qərarında Ukraynanın yerinə yetirməli olduğu şərtlərin siyahısı yoxdur, lakin onların qiymətləndirilməsi mexanizmi müəyyən edilib. Ukraynanın həyata keçirdiyi islahatların monitorinqi aləti İllik Milli Proqram (ANP) olacaq. Bu alət artıq Ukraynanın ixtiyarındadır.

Y. QACAR




Bölməyə aid digər xəbərlər