09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
İran və Rusiya arasında diplomatik böhran yaranıb
Tarix: 12-07-2023 15:16 | Bölmə: Slayd
İran və Rusiya arasında diplomatik böhran yaranıb

İran Rusiyanın Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb. Reyting.az xəbər verir ki, Tehranın etirazları nazirliyə çağrılan Rusiya səfiri Aleksey Yurieviç Dedova çatdırılıb.

Məlumata görə, diplomatik böhrana səbəb Rusiya-Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) iclasından sonra hazırda İranın nəzarəti altında olan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iddia etdiyi Bəsrə körfəzindəki üç ada ilə bağlı ortaq bəyanat olub.

Tehran sözügedən adaların “əbədi” İrana aid olduğunu bildirir və Rusiyadan bu məsələyə yanaşmasına düzəliş etməyi gözləyir. Rusiyanın Tehrandakı səfiri Dedov isə İranın ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayaraq, vəziyyəti ən qısa zamanda Moskvaya çatdıracağını bəyan edib.

Xatırladaq ki, iyulun 10-da Rusiya Xarici İşlər Nazirliyində “Rusiya-Körfəz Əməkdaşlıq Şurasının 6-cı Strateji Dialoq Toplantısı” keçirilib. Toplantıdan sonra verilən birgə bəyanatda BƏƏ-nin Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları ilə bağlı İranla münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində və ikitərəfli danışıqlar əsasında sülh yolu ilə həllə nail olmaq cəhdi də daxil olmaqla, bütün dinc səylərə dəstək ifadə edilib.

Qeyd edək ki, Hörmüz boğazına yaxınlığına və bölgədəki neft potensialına görə strateji mövqedə olan Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları üzərində İran və BƏƏ hökmranlığa iddia edir. Adalar 1971-ci ilə qədər Britaniyanın işğalı altında olub. 1971-ci ilin noyabrında İngiltərə geri çəkildikdən dərhal sonra adalara nəzarəti İran ələ keçirib. BƏƏ isə adalarda hərbi qüvvələrini yerləşdirən İranı işğalçı kimi xarakterizə edir. Adalar üzərindəki hüquqlarının qədim dövrlərə aid olduğu tezisini irəli sürən İran, adaların 1903-cü ildə ingilislər tərəfindən müvəqqəti olaraq tutulduğunu və 1971-ci ildə geri qaytarıldığını, beləliklə, o vaxt hələ qurulmamış BƏƏ-nin adalara iddia edə bilməyəcəyini ciddi qəbul etmir.

BƏƏ isə adalardakı iddiaları istiqamətində ərəb ölkələri və beynəlxalq təşkilatlar qarşısında təşəbbüslər irəli sürür. 2022-ci ilin dekabrında Səudiyyə Ərəbistanında keçirilən Çin-Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Zirvə Toplantısından sonra İran BƏƏ-nin üç ada ilə bağlı tezislərini müdafiə edən qiymətləndirmələrə oxşar reaksiya verib və Çinin Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər