09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Şahin Mustafayev Mger Qriqoryanla sərhəd bölgəsində görüşüb - (Yenilənib)
Tarix: 12-07-2023 17:40 | Bölmə: Slayd
Şahin Mustafayev Mger Qriqoryanla sərhəd bölgəsində görüşüb - (Yenilənib)

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev ermənistanlı həmkarı Mger Qriqoryanla iki ölkənin sərhəd bölgəsində görüşüb.

Reyting.az
xəbər verir ki, burada Dövlət Sərhədinin Delimitasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının növbəti, dördüncü iclası keçirilib.

Tərəflər Azərbaycan və Ermənistan liderləri səviyyəsində müxtəlif formatlarda əldə edilmiş razılaşmaları nəzərə alaraq delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Ş.Mustafayev və M.Qriqoryan həmçinin komissiyaların növbəti iclasının tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

***

İyulun 12-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mger Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın dördüncü görüşü keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.

Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikasının rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərinin müzakirəsini davam edib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.




Bölməyə aid digər xəbərlər