09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Laçın və Kəlbəcərdəki mövqelərimiz atəşə tutulub
Tarix: 12-07-2023 19:24 | Bölmə: Slayd
Laçın və Kəlbəcərdəki mövqelərimiz atəşə tutulub

İyulun 12-si saat 13:50-dən 17:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.




Bölməyə aid digər xəbərlər