09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Ərdoğan NATO liderlərinin ən güclüsüdür
Tarix: 13-07-2023 00:06 | Bölmə: Slayd
Ərdoğan NATO liderlərinin ən güclüsüdür

Ərdoğan heç vaxt bu qədər güclü olmayıb və Baydendən sonra ən güclü liderdir. Reyting.az xəbər verir ki, bunu Almaniyanın “Bild” nəşri yazıb.

“NATO-nun yeni güclü adamı Rəcəb Tayyib Ərdoğanın Türkiyə prezidenti kimi qarışmadığı qlobal siyasi böhran demək olar ki, yoxdur. Demək olar, onun razılaşmadığı və bir şey əldə etmədiyi heç nə yoxdur. Ərdoğan Ukraynanı pilotsuz təyyarələr və digər hərbi texnika ilə təmin edir, eyni zamanda Qara dəniz üzərindən Moskva ilə Kiyev arasında taxıl müqavilələri bağlayır”, - məqalədə qeyd olunur.

Ərdoğanın beynəlxalq məsələlərdə vasitəçi rolunda əldə etdiyi uğura da toxunulur:

“Ərdoğan Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə yaxşı münasibətləri olan yeganə liderdir. Ərdoğan NATO-nu İsveçin üzvlük müraciətinə “hə” cavabı vermək üçün aylarla gözlətdirib. O, həmçinin “F-16” və Aİ ilə daha sıx tərəfdaşlıq vəd edib”.

London Kral Kollecinin professoru Peter Neumann Almaniya qəzetində ekspertlərin də fikirlərinin yer aldığı məqaləsində Ərdoğanın yüksəlişinin 3 səbəbi olduğunu bildirib:

“Əvvəla, Ərdoğan yeni seçkilərdə qalib gəldi və ciddi daxili siyasətini ortadan qaldırdı.

İkincisi, onun ölkəsi müharibənin həlledici məqamındadır: Qara dənizə çıxışa nəzarət edir.

Üçüncüsü, Ərdoğan bu illər ərzində hakimiyyəti ağılla proqnozlaşdırıb. Bir ayağı Qərbdə (NATO üzvü), İslam ölkələrində və Yaxın Şərqdə böyük nüfuza malikdir”.

Neumann davam edib: “Yalnız Bayden Ərdoğandan güclüdür. Həmçinin, Ərdoğan istedadlı güc siyasətçisidir”.

Köln Universitetindən politoloq Tomas Jger isə belə qiymətləndirmə edib:

“Prezident Türkiyənin geosiyasi vəziyyətini bilir və xarici siyasətində bundan hər aspektdə istifadə edir. ABŞ prezidenti Co Bayden Qərbin ən qüdrətli dövlət başçısı olaraq qalır, lakin Ərdoğan istənilən NATO lideri arasında ən daxili fəaliyyət azadlığına malikdir. Bu yaxınlarda NATO-nun baş katibi Yens Stoltenberq, ABŞ prezidenti Bayden və Ukrayna prezidenti Zelenski prezident Ərdoğana ehtiramlarını bildiriblər”.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər