09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Avropada dəhşətli istilər: 10 şəhərdə qırmızı təhlükə elan edilib
Tarix: 13-07-2023 11:16 | Bölmə: Slayd
Avropada dəhşətli istilər: 10 şəhərdə qırmızı təhlükə elan edilib

Avropa və Şimali Afrikanı yandıran isti hava bəzi yerlərdə rekord həddə çata, İspaniya, Fransa, Yunanıstan, Xorvatiya və Türkiyədə temperatur 40 dərəcəni keçə bilər. Buna paralel olaraq, İtaliyada - Florensiya və Roma da daxil olmaqla, 10 şəhər üçün qırmızı təhlükə elan edilib.

Reyting.az
-ın xəbərinə görə, İtaliya mətbuatı Lodi şəhərində piyada keçidi üçün asfalt çəkən şəxsin huşunu itirərək aparıldığı xəstəxanada dünyasını dəyişdiyini yazıb.

İtaliyalı siyasətçi Nikola Fratoianni “dözülməz isti dalğası ilə üz-üzəyik”,- deyib. Lodidəki ölüm hadisəsinə toxunan Fratoianni qeyd edib ki, ən isti saatlarda baş verə biləcək faciələrin qarşısını almaq üçün hərəkətə keçməyin vaxtı çatıb.

Ölkədə turistlərin də istidən huşunu itirdiyi barədə məlumatlar var. İtaliya mediası Dantenin “Cəhənnəm” filmindəki personaj əsasında isti dalğasını “Cerberus” adlandırıb.

Hazırda Avropada ən yüksək hərarət İtaliyada qeydə alınır.

Onu da xatırladaq ki, 2021-ci ilin avqustunda Siciliya adasındakı Sirakuzada termometrlər 48,8 dərəcəni göstərmişdi.

Türkiyənin Meteorologiya Agentliyi isə xəbərdarlıq edib ki, ölkənin cənub və qərb bölgələrində istilərin normadan 5-10 dərəcə, digər bölgələrdə isə 2-6 dərəcə yüksək olacağı təxmin edilir (12-18 iyul aralığında). Bu gün və sabah Antalyada temperatur 44 dərəcəyə çata bilər.

Keçən il Avropada 60 min insanın isti dalğası ilə bağlı fəsadlar səbəbindən öldüyü təxmin edilir. Leypsiq Universitetindən Karsten Hausteynin fikrincə, bu ay tarixdə ən isti ay kimi qeydə alına bilər:

“Tarixin ən isti ayı dedikdə, son 120.000 ilin ən isti ayı nəzərdə tutulur. Növbəti bir neçə gün ərzində Cənub yarımkürəsində temperatur bir qədər aşağı düşəcək, lakin iyul və avqust aylarında El Nino yüksəlişi ilə daha isti günlər görmək ehtimalı var”.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər