09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Bayden: “Putinin hesablamaları səhvdir”
Tarix: 13-07-2023 11:35 | Bölmə: Slayd
Bayden: “Putinin hesablamaları səhvdir”

ABŞ prezidenti Co Bayden Ukraynaya dəstəyin zəifləməyəcəyini bildirib.

Reyting.az
-ın xəbərinə görə, Bayden Vilnüs Universitetində Ukraynaya dəstəkdən danışarkən deyib ki, Rusiya qüvvələri bəşəriyyətə qarşı cinayətlər daxil olmaqla, dəhşətli vəhşiliklər törətsə də, az qala, 18 aylıq müharibədən sonra Ukrayna xalqı yenilməzdir, Ukraynanın özü isə müstəqil və azad olaraq qalır.

“ABŞ Ukraynanın həm indi, həm də gələcəkdə özünü müdafiə etməsi üçün 50-dən çox ölkədən ibarət koalisiya yaradıb”, - Bayden əlavə edib.

ABŞ lideri xatırladıb ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə artıq bir neçə dəfə, o cümlədən iyulun 12-də Vilnüsdə görüşüb. “Biz geri çəkilməyəcəyik. Yəni, Ukraynaya olan bağlılığımız zəifləməyəcək. Biz azadlığın tərəfində olacağıq. Bu, bu gün də, sabah da, nə qədər lazımdırsa, olacaq. Biz istəyirik ki, bu müharibə ədalətli şərtlərlə bitsin”,- Bayden bildirib.

ABŞ prezidenti əlavə edib ki, dövlətlər arasında dinc münasibətlərin iki əsas sütunu - suverenlik və ərazi bütövlüyüdür və heç bir ölkənin güc tətbiq etməklə qonşu ölkənin ərazisini ələ keçirməsinə icazə verilmir.

“Rusiya sabah öz qoşunlarını Ukraynadan çıxarmaqla, onun beynəlxalq sərhədlərini tanımaqla və rus ordusunun qadınlara və uşaqlara qarşı amansız hücumlarını dayandırmaqla bu müharibəyə son qoya bilər. Təəssüf ki, Rusiya indiyə qədər diplomatik həllə maraq göstərmədi”, - Bayden deyib.

ABŞ prezidenti diqqətə çatdırıb ki, Rusiya lideri V. Putin “hələ də səhvən Ukraynada davam edə biləcəyinə inanır”, Qərbin birliyinin və mənəviyyatının dağılacağına ümid bəsləyir. Bayden Putinin hesablamalarının səhv olduğunu vurğulayıb.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər