09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Ən güclü müdafiə planı...
Tarix: 13-07-2023 12:04 | Bölmə: Slayd
Ən güclü müdafiə planı...

NATO-nun baş katibi Yens Stoltenberq Vilnüsdə keçirilən NATO dövlət və hökumət başçıları sammitinin bağlanış mərasimində mətbuat konfransı keçirib. Stoltenberq iki gün ərzində NATO-nun tarixi Zirvə Toplantısını başa vurduqlarını və Şimal Alyansının gələcəyə hazırlanması baxımından mühüm qərarlar qəbul etdiklərini bildirib.

Reyting.az
xəbər verir ki, baş katib Soyuq Mharibədən bu yana ən möhkəm müdafiə planları üzərində razılaşdıqlarını bəyan edib.

“Biz müdafiə investisiyalarına bağlılığımızı gücləndirdik. Ukraynanı NATO-ya yaxınlaşdırmaq və uzunmüddətli perspektivdə dəstəyi artırmaq barədə razılığa gəldik. Biz bütün dünyada tərəfdaşlığımızı daha da dərinləşdirmişik”, - Stoltenberq bu gün keçirilən NATO-Ukrayna Şurasında deyib.

O, NATO və Ukraynanın bir araya gələrək bərabər qərarlar verəcəyini də sözlərinə əlavə edib.

NATO üzvlərinin Ukraynaya yeni hərbi dəstək vədlərini alqışladığını ifadə edən Stoltenberq deyib:

“Müttəfiqlər Rusiyanın hücumunu dəf etmək üçün on milyardlarla dollar hərbi yardım göstərdilər. On minlərlə ukraynalı əsgər NATO üzvləri tərəfindən təlim keçib və təchiz edilib. Biz Ukrayna torpaqlarının azadlığını davam etdirməklə yanaşı, ehtiyac olduğu müddətdə dəstək verməyə davam edəcəyik. Şərtləri yerinə yetirdikdə Ukrayna NATO-ya dəvət olunacaq”.

Baş katib Avstraliya, Yaponiya, Yeni Zelandiya, Cənubi Koreya və Avropa İttifaqı liderləri ilə keçirdiyi görüşə də toxunub. NATO-nun regional ittifaq olduğuna, lakin qlobal problemlərlə üzləşdiyinə diqqət çəkən Stoltenberq deyib ki, Avropada baş verənlər Hind-Sakit okean, Hind-Sakit okeanda baş verənlər isə Şimali Amerika və Avropa üçün vacibdir:

“Pekinin qlobal iddialılığı və Moskvanın Ukrayna ilə müharibəsi NATO, Avropa İttifaqı və Hind-Sakit okean tərəfdaşları arasında daha sıx koordinasiya tələb edir. Şimali Koreyanın atdığı son raket də daxil olmaqla, nüvə və raket proqramlarını pisləyirik. Çünki bu, BMT Təhlükəsizlik Şurasının bir çox qətnamələrini pozur, regional və qlobal təhlükəsizliyə təhdid yaradır. NATO Avstriya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya ilə əlaqələrini dəniz təhlükəsizliyi, yeni texnologiyalar və iqlim dəyişikliyi kimi məsələlərdə birgə iş də daxil olmaqla, xüsusi tərəfdaşlıq proqramları vasitəsilə gücləndirir”.

Çinin yeni hərbi imkanlara böyük sərmayə qoymasına da toxunan Stoltenberq, Çinin 2035-ci ilə qədər Şimali Amerika və bütün Avropaya çata biləcək 1500 nüvə başlığına sahib olmasını gözlədiklərini bildirib. Hind-Sakit okean regionunun qlobal problemlərlə üzləşdiyini deyən Stoltenberq, Çinin Afrikaya, Arktikaya yaxınlaşmaq və kritik infrastruktura nəzarəti ələ keçirmək səyləri qarşısında NATO-nun öz vətəndaşlarını və dəyərlərini qorumaq üçün həmişəkindən daha güclü olduğunu və birləşdiyini diqqətə çatdırıb.

Stoltenberq Ukraynada müharibə bitdikdən sonra sülhün necə qorunacağı ilə bağlı suala belə cavab verib:

“Məncə, bunun necə olacağı ilə bağlı hazırda heç bir spekulyasiya olmamalıdır. Hazırda ən vacibi müharibənin ən qısa zamanda ədalətli və daimi sona çatmasıdır. Bu, bizim ən təcili hərbi dəstək vəzifəmizi davam etdirmək üçün bir səbəbdir”.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər